İyun aynın 18-dən 19-na keçən gecə cəbhənin Tərtər rayonu Çaylı kəndi yaxınlığında öz vəzifə borcunu yerinə yetirən Azərbaycan ordusunun giziri Mübariz İbrahimov şəhid olmuşdur. Hadisə nəticəsində Mübariz İbrahimovun cəsədi erməni tərəfdə qalmışdır. Beynəlxalq təşkilatların çalışmalarına baxmayaraq erməni tərəfi öncə meyidi verməkdən imtina etmiş, sonra isə cəsədin onlarda olmadığnı Qırmızı Xaç Komitəsinə bildirmişdir. Bütün çalışmalara baxmayaraq ermənilər öz inadlarından əl çəkməmişdir. Nəticə olaraq hadisənin baş verməsindən qırx gündən artıq zaman keçməsinə baxmayaraq Milli Qəhrəmanın cəsədi Azərbaycan tərəfinə qaytarılmayıb. Bir neçə gün öncə erməni vandalizmini sübut edən növbəti hal baş verdi. Mübariz İbrahimovun Şəhid edildikdən sonra çəkilmiş cəsəd şəkillərinin yayılması ermənilərin növbəti yalanı ortaya çıxardı. Rusiyanın sosial şəbəkələrin birində Ta... Ardını oxu »
Müasir dövrdə inkişaf etmiş dünya dövlətlərinin tarixi təcrübəsi göstərir ki, müstəqillik əldə etmiş, azadlığa çıxmış ölkələr öz müstəqilliklərini qoruyub saxlamaq və möhkəmləndirmək məqsədilə ən vacib sayılan sosial-iqtisadi amillərlə yanaşı, həm də mənəvi-siyasi amillərin güclənməsinə, yeni formalarda inkişafına xüsusi diqqət yetirir.
Məlumdur ki, hər bir millətin mənəvi-siyasi potensialı nə qədər güclü olarsa, dövlətçilik problemlərinin həlli sahəsində görüləcək işlərin öhdəsindən gəlmək də bir o qədər asan olar. Hal-hazırda ən güclü mənəvi siyasi amillərdən biri də-Diaspordur.
Milli diaspor milli mədəniyyətin, milli... Ardını oxu »
Bu haqda məlumatı Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin başqanı, fəal diasporçu Ayhan Dəmirçi verib. Koalisiyada təmsil olunan təşkilatlar bunlardır: "Vəfa” Ziyalı Aydınlar İctimai Birliyi, Belçika Aimə Türk Qadınlar Dərnəyi, Azərbaycan-Belçika Dostluq Cəmiyyəti, Belçika-Türk Qadınlar Birliyi.
Ayhan Dəmirçinin açıqlamasına görə, birgə fəaliyyətin yaranmasına səbəb olan əsas amillərdən biri də bugünlərdə Azərbaycanda fəaliyyət göstərən "Vəfa” Ziyalı Aydınlar İctimai Birliyinin sədri Əsmayə Cavadova və birliyin fəallarının Belçikaya baş tutan işguzar səfəri olub. Görüş olduqca məhsuldar keçib və bu görüşlərin nəticəsi olaraq birgə mədəni fəaliyyət göstərmək üçün dörd təşkilat razılığa gəliblər.
Belçika səfərini dəyərləndirən Əsmayə Cavadova bunları bildirib: "Belçikada önəmli görüşlərimiz gerçəkləşdi. Əsas d... Ardını oxu »
Azərbaycan diasporu Ermənistan prezidenti Serj Sərkisyanı Berlində etirazla qarşılayıb. Dövlət başçısı iyunun 22-də Almaniyaya rəsmi səfəri çərçivəsində Konrad Adenauer Fondunda "Cənubi Qafqazda təhlükəsizlik və inkişaf haqqında: Ermənistanın bu proseslərdə rolu” mövzulu məruzə ilə çıxış edərkən Berlindəki Azərbaycan diasporunun fəalları etiraz piketi təşkil ediblər. Piketdə Azərbaycan bayraqları dalğalanıb, "Vətənimizi qaytar!", "BMT-nin qətnamələrinə əməl et!", "İşğalçı siyasəti dayandır!" şüarları qaldırılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Media forum”a bildiriblər ki, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşkil etdiyi etiraz aksiyasına Alman-Azərbaycan Həmrəylik Cəmiyyəti, Berlin Azərbaycan Evi, Azərbaycan Kültür Ocağı, Azərbaycan Akademiklər Birliyi, Almaniyadakı A... Ardını oxu »
Ayə Çoşkun: ”Azərbaycan həqiqətlərini beynelxalq içtimaiyyətdə tanıdılması istiqamətində, bütün potensilamızı işə salaraq var gücümüzlü çalışacayıq "
Bu gün dünyanın hər yerində yaşayan soydaşlarımızın təşkilatlanması ilə bağlı gözəl bir xəbər alanda sevinirik. Çünki xaricdə təşkilatlnamış diaspor qurumlarınızın fəaliyyət göstərməsi, ölkəmizin beynelxalq arenada mövqelərinin güclünməsinə səbəb olur. Xüsusilə Azərbaycan azadlığını əldə etdikdən sonra, xaricdə yaşayan azərbaycanlılar bütün güclərini bir araya gətirərək, öz təşkilatlatlarını yaratdılar. Hazırda fədakar insanlarımızın ... Ardını oxu »
Bu günlərdə Lumburg Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Belçikanın Beringen şəhərində "Azərbaycan folklor gecəsi” keçirilib. Bu haqda məlumatı tədbirin təşkilatçısı Ayhan Dəmirçi verib. Ayhan Dəmirçinin açıqlamasına görə, tədbir olduqca izdihamlı keçib və Azərbaycandan gələn Xanlar Bəşirovun, Vusalə Mirzəyevanın "Azərbaycan Qartaları” adlı rəqs ansamblı möhtəşəm rəqs ifaları ilə tədbir iştirakçılarını məftun ediblər.
Xüsusilə qoşanağarada ustad Həsənağa Sadıqov və tələbələri öz ifaları ilə Belçika insanını valeh ediblər. Gənclərdən təşkil olunan gənc rəqqaslarımız Zülfiyyə xanımın başçılığı ilə əsl milli incəsənətimizin ritmik havalarda gözəl nümunələrini nümayiş elətdirdilər. İş gününə baxmayaraq insanlar tədbirdə çox fəal iştirak ediblər və tədbir iki saatdan çox dava... Ardını oxu »
Azərbaycan mədəniyyəti, onun zəngin ənənələri, Qərb ilə Şərq arasında unikal mövqeyi, bütün yenilikləri üzvi şəkildə mənimsəmək qabiliyyəti, onun tolerantlığı yeni Avropa identikliyinin formalaşmasının mühüm nümunəsidir.
Azərbaycan mədəniyyəti gələcəyə istiqamətlənmişdir. Bu istiqamətdə isə Dünya və Avropa səviyyəli mahnı və digər müsabiqələrdə iştirak xüsusi yer tutur. "Eurovision” mahnı müsabiqəsi mədəni və siyasi əhmiyyət kəsb edən müsabiqələrdən biri olaraq Avropada hər bir dövlət tərəfindən izlənilir. Burada iştirak edən dövlət ən azından bütün Avropa tərəfindən tanınır və qalib olan barədə bir müddət bu qitənin mediasında çoxsaylı məlumatlar dərc edilir. Müsabiqənin siyasi əhəmiyyəti kənara qoyaraq ən azından orada önəmli yerlərdən birin tutumaq təmsil edilən dövlətin təb... Ardını oxu »
"İsrailin humanitar yardım gəmilərinə hücumundan sonra Türkiyə haqlı olaraq onun cəzalandırılmasını tələb edəcək". İsrailin humanitar yardım gəmilərinə hücumu onsuz da gərginləşməkdə olan Türkiyə-İsrail münasibətlərini daha da gərginləşdirəcək. Bunu Milli.Az xəbər portalına açıqlamasında politoloq Rasim Musabəyov deyib. Onun sözlərinə görə, Türkiyə haqlı olaraq İsrailin cəzalandırılmasını tələb edəcək. Politoloq hesab edir ki, rəsmi Ankara bu məsələni müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən, BMT Təhlükəsizlik Şurasında qaldıra bilər: "Əgər İsrailin gəmilərdəki hansısa qanunsuz yüklə bağlı məlumatı var idisə, narazılığını Türkiyəyə çatdıra bilərdi. Bu, İsrailə Türkiyə bayrağı altında üzən və göyərtəsində mülki şəxslərin olduğu gəmilərə hücum etmək hüququ vermir”.
Rasim Müsabəyov ümid edir ki, son hadisə Türkiyə ilə İsrail arasında hərbi gərginliyin a... Ardını oxu »
Ayhan Dəmirçi: "Biz Avropada Azərbaycan mədəniyyətini,
milli incəsənətini təbliğ etməklə bu, yolla ermənilərin planlı şəkildə apardığı
milli sərvətlərimiz "erməniləşdirmək” siyasətinin qarşısını almış olarıq”
Tədbirin
keçirilməsi haqda məlumatı gecənin təşkilatcısı, ... Ardını oxu »
"Əvvəlcədən planlaşdırdığımız kimi Gürcüstanda Respublika
Günü, mayın 26-da Tiflisdə yürüş-mitinq keçirdik. Bu, əslində
soydaşlarımız arasında mərkəzə qaçma meylini gücləndirən, siyasi
məsələlər Gürcüstanın mərkəzində həll edilə bilər devizini reallığa
çevirə biləcək addım idi. Biz buna nail ola bildik”.
Bunu "Bizim Yol” a açıqlamasında Borçalı Cəmiyyətinin sədri Zəlimxan
Məmmədli deyib. Onun sözlərinə görə, mayın 26-sı, saat 10. 00-da
Tiflisin mərkəzinə toplaşıblar: "Bura Gürcüstanın ayrı-ayrı
kəndlərindən insanlar gəldi. Bundan sonra şüarlarımızla,
Gürcüstan-Azərbaycan bayraqları ilə, plakatlarımızla yürüşə başladıq.
Şüarlarımız isə "Separatizmə yox deyirik”, "Yaşasın
Gürcüstan-Azərbaycan dostluğu”, "Gürcüstanın bütöv... Ardını oxu »