Azərbaycanla Türkiyə arasındakı son yaxınlaşma Ermənistanla Rusiya arasındakı müttəfiqlik məsələsinə açıq bir xəbərdarlıq kimi diqqəti çəkir.
Bu həftə iki önəmli hadisə ilə diqqəti çəkməkdədir. Onlardan biri Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana səfəridir və bu artıq reallaşıb. Digəri isə avqustun 19-da Rusiya Prezidenti Dmitri Medvedevin Ermənistana edəcək səfəridir. Hadisələrin eyni vaxta düşməsinin sıradan bir təsadüf olduğunu düşünmək mümkünsüzdür. Çünki Medvedevin Ermənistan səfəri zamanı kifayət qədər təhlükəli bir anlaşma imzalanacaq. Bunun fonunda Azərbaycanı bölgədə tək qoymaq istəməyən Türkiyə isə Bakıya dəstək verdiyini və Qafqazda əsas oyunçul... Ardını oxu »
Qarbis Davuyan və Xrayr Turabyan adlı iki erməni əsilli amerikalı vəkil Türkiyə və...
Qarbis Davuyan və Xrayr Turabyan adlı iki erməni əsilli amerikalı vəkil Türkiyə və türk bankları əleyhinə Los-Anceles məhkəməsində dava açıblar. Dava 1915-ci ildə osmanlı ermənilərinin mülklərinə əl qoyduğu üçün Türkiyə dövləti, Mərkəz və Ziraat banklarına qarşı açıldı. Beynəlxalq hüquq və insan hüquqlarının pozulması, haqsız qazanc iddialarının irəli sürüldüyü davada ermənilərdən alındığı önə sürülən torpaq sahələri, binalar və işyerləri, bank hesabları, mülk və ``qiymətsiz`` deyə adlandırılan muzey eksponatlar... Ardını oxu »
11 avqust 2010-cu il tarixində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) nizamnaməsinin 6.9 bəndi və ATXƏM İdarə Heyətinin 06 avqust 2010-cu ildə keçirilmiş iclasında qəbul olunmuş qərarlara əsasən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin Orta Asiyada (Mərkəzi qərargahı Özbəkstan Respublikasının paytaxtı Daşkənd şəhəri olmaqla) nümayəndəliyi yaradıldı. Nümayəndəliyin rəhbəri 8 ilə yaxın Özbəkstan Respublikasında Azərbaycan Mədəniyyət Mərkəzi Assosiyasının sədri olmuş Ağatalıbov Akif Ənvər oğlu təyin edildi. Akif Ağatalıbov ATXƏM-in Özbəkstanda rəsmi nümayəndəsi olmaqla yanaşı, həm də təşkilatın Orta Asiya üzrə koordinatorluğunu həyata keçirəcək. Qeyd edək ki, sentyabrın 26-da Özbəkstan Respublikasının paytaxtı Daşkənt şəhərində ATXƏM-i... Ardını oxu »
Bu gün Azərbaycanda bir-birinə zidd iki insan, iki sənətçi dinlənilir.
Millətçilərin sənətçisi Ahmet Şafak və solçuların sənətçisi Ahmet Kaya.
Biri "Karabağ”, "Azerbaycan” mahnılarının müəllifi, digəri "Biz Apoyu özledik” mahnısının müəllifi.
Biri "Çanakkale kar altında, Mehmedim dağlar ardında” söyləyən biri, digəri "Kürdüz ölene kadar” söyləyən biri.
Ahmet Kayanın rəsmi ölümünədək yayımladığı bütün əsərlər şəxsi arxivimdə var və demək olar ki, sənətçinin dünyagörüşünü anlamaq baxımından hamısına qulaq asmışam.
Sənətçinin milliyəti olmaz söylənilir. Bu baxımdan Ahmet Kaya dinləyiciləri... Ardını oxu »
Az.TV-nin "Turan" verilişinin dünənki buraxılışında Borçalı türklərinə hörmətsizlik gətirən məqamlar olub. Belə ki, verilişdə Gürcüstanda yaşayan 450 minə yaxın azərbaycanlı etnik tayfa kimi təqdim edilib. Veriliş bu günlərdə Gürcüstanda keçirilən "Borçalı türklərinin II elat mədəniyyəti günləri"nə həsr edilmişdi. Ancaq bu barədə məlumat verən müxbir nə səbəbdənsə bir sıra yanlışlığa yol verib.
Xəbər verdiyimiz kimi, 24-26 iyul 2010-cu il tarixlərdə "Borçalı" İctimai Cəmiyyətinin təşəbbüsü ilə Gürcüstanın Dmanisi rayonunda "Borçalı türklərinin II ... Ardını oxu »
Saçın ucun hörməzlər, Gülü sulu dərməzlər, Sarı gəlin… Bu sevda nə sevdadır, Səni mənə verməzlər… Neynim aman, aman… Sarı Gəlin…
Çoxları elə ilk sətirdən nə deyəcəyimi, nədən danışacağımı anladılar. Bəli, bu yazımda Azərbaycanın qədim və əsrarəngiz xalq mahnısı "Sarı Gəlin”dən bəhs edəcəm. O nəğmədən ki, milyonların yaddaşından yüz illər, bəlkə də min ilər öncədən bu günə qədər axa bilib, yol tapa bilib. O nəğmədən ki, eşidəndə ruhu təmizləyir, layla kimi, nənni kimi könül oxşayır. Amma maraqlıdır ki, tarixi dəqiq bilinməyən bu qədim el nəğməsinin qəhrəmanı haqqında az bilirik. Ümumiyyətlə, Sarı Gəlin kim? Çalışacam ki, "Sarı Gəlin”in ... Ardını oxu »
Bu sözlər mənim haqqımda deyilir. Özü də deyilənlərin hamısı deyil. "Qulaq gündə bir söz eşitməsə kar olar” deyirlər. Elə düz də deyirlərmiş. Əslində məsələnin üzərindən keçmək də olardı. Ancaq keçməsəm yaxşıdır məncə. Çünki bir zaman gələcək ki, biriləri mənim keçmişimi araşdırıb oradan milli kimliyimin – Türklüyümün şübhəli olması haqqında "faktlar” aşkar edəcək.(Bir zamanlar biriləri Heydər Əliyevin kürd əsilli olması haqqında "faktlar” aşkar etdiyi kimi. Bu haqda ayrıca yazım olacaq.) Deyirəm, qoy bu yazı da həmin araşdırmaçılar üçün bir mənbə olsun.
Hardasa 10-12 il bundan öncə bir dostumuz mənə zarafatla "yevreybaş” deyirdi. Jurnalist cameəsinin yaxşı tanıdığı Seymur İsmayıl adlı bu bilgisayar qurdu mənim yorulmadan çalışdığımı və ard-arda gələn uğurlarımı (xüsusən də beynəlxalq sə... Ardını oxu »
Öncədən də bildirildiyi kimi, mərkəzin
açılışına Türkiyə Cümhuriyyəti xarici ticarətdən sorumlu dövlət naziri Zəfər
Çağlayan, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfiri Hülusi Kılıç və Türkiyədən məhz açılış üçün gəlmiş bir qrup iş adamları
heyəti qatıldılar. Açılış nitqini Zəfər Çağlayan ümummilli lider H. Əliyevin
"Bir millət, iki dövlət” sözü ilə başladı. Və istər Qarabağ məsələsi, istərsə
də iqtisadi, sosialyönümlü bütün məsələlərdə Azərbaycanın yanında olduqlarını,
Türkiyə Cümhuriyyəti və Azərbaycanın ayrılmaz birlik, qardaş ölkə olduqlarını,
Azərbaycanın Türkiyəyə nisbətən hələ dəliqanlı bir gənc olduğunu vurğuladı.
Dövlət naziri bu ticarət mərkəzinin Türk dü... Ardını oxu »
İyul ayının 25-də "Gənclərin Töhfəsi” ictimai
birliyinin bir qrup fəal üzvümilli
qəhrəmanımız Mübariz İbrahimovun doğulduğu Biləsuvar şəhərinə səfər etdi.
Məqsəd milli qəhrəmanımızın doğulub boya-başa çatdığı mühiti öyrənmək, belə
layiqli övlad böyüdən valideynlərlə tanış olmaq idi.
Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatı 20 iyul 2010-cu il tarixində erməni tərəfə keçərək kütləvi sayda düşmənin canlı qüvvəsini məhv edən Şəhid Mübariz İbrahimovun xatirəsinə həsr olumuş tədbir keçirdi. Tədbiri ilk olaraq DAK Mətbuat Xidmətinin rəhbəri Əlirza Amanbəyli açdı. Dövlət himnin oxunması ilə başlanan anım mərasimində Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra Əlirza bəy 19 iyun tarixində Şəhid olmuş Mübariz İbrahimovun göstərdiyi qəhrəmanlıqdan söhbət açdı və sözü tədbirin təşkilatçısı DAK Gənclər Təşkilatının başqanı Seymur Həsənliyə verdi. Seymur bəy keçirdikləri anım mərasimini böyük borcunu yerinə yetirmiş Mübarizin qarşısnda kiçik bir borc adlandırdı. "Biz gənclik olaraq bugünkü tədbirimizlə əsl mübarizlik simvoluna çevrilmiş Mübariz İbrahimov Qəhrəmanlığının gənclər arasında təb... Ardını oxu »