Yanvarın 17-sində Ukraynada növbəti prezident seçkisi keçirilib. Bu müstəqil Ukrayna tarixində sayca beşinci prezident seçkisi olub. Xatırladaq ki, son dəfə 2004-cü ilin sonunda əsasən Yanukoviç ilə Yuşenko arasında mübarizə şəklində keçən prezident seçkisi kütləvi saxtakarlıq səbəbiylə "narıncı koalisiya” tərəfdarlarının böyük etiraz mitinqlərinə səbəb olmuşdu. Ölkədə ciddi siyasi böhrana səbəb olan bu problem 2005 yanvarında seçkilərinin həlledici ikinci turunun təkrarlanması ilə ortadan qalxmışdı. Təkrar keçirilən ikinci turda seçkinin qalibi Yuşenko olmuş, ancaq keçən beş il içində Ukrayna davamlı siyasi böhranların sarsıtdığı ölkəyə çevrilmişdir. Rusiya və ABŞ-ın Ukraynanı öz nüfüzu sahəsinə çevirmə cəhdləri bu siyasi böhranları daha da dərinləşdirmiş, hə... Ardını oxu »
Rusiyanın "Lukoil” neft şirkəti yanvarın 31-də imzaladığı müqavilə ilə İraqda neft çıxartma fəaliyyətini rəsmiləşdirdi. "Lukoil”dən verilən mətbuat açıqlamasında şirkətin prezidenti Vahid Ələkbərovun Bağdad səfərində imzalanan müqavilə ilə İraqın "Qərbi Kurna-2” yatağında kəşfiyyat və neft çıxartma fəaliyyətlərinə başlanacağı bildirilib. Xatırladaq ki, 2009-cu ilin dekabrında Lukoil və Norveç şirkəti Statoildan ibarət konsorsiyum hələ 1973-cü ildə Sovet geoloqları tərəfindən kəşf edilən bu yataq üçün keçirilən tenderdə barreli 1,15 $-dan günlük 1,8 milyon barrel təkliflə qalib gəlib. İraq hükuməti tərəfindən də təsdiqlənərək rəsmiləşməsi üçün lazımı olan son mərhələni də keçən müqavilənin tərəfləri 25 faiz hissə ilə İraq dövləti (South Oil Company və North Oil Company ortaqlığı), 56,25 faizlə Lukoil və 18,75-lə Statoildir. 20 illiyinə imzalanan müqavilənin 5 il müddətə uzadılma... Ardını oxu »
Türkiyədə Azərbaycanla bağlı xəbərlər yayımını təmin edən www.haberaze.comsaytı fəaliyyətə başlayıb. Bu, haqda məlumatı baksam.com saytına adını çəkilməsini istəməyən fəal diasporçularımızdan biri xəbər verib. Fəal diasporçu bildirib ki, məqsəd dünya informasiya və xəbər agentliklərində Azərbaycanla bağlı gedən məlumatların saytda toplanıb, Türkiyə,Amerika, Avropa insanına çatdırmaqdır. Sayt dörd dildə yayımlanır.
Siyasi İnnovasiya və Texnologiya Mərkəzi (SİTM) yanvar ayında beynəlxalq və regional aləmdə baş verən ictimai-siyasi proseslərin yekunlarına dair hesabatını açıqlayıb. Fevralın 4-də hesabatı təqdim edən SİTM sədri Mübariz Əhmədoğlu Ermənistan ətrafında cərəyan edən hadisələrin təhlilinə daha geniş yer ayırıb. Politoloq bildirib ki, Türkiyə ilə münasibətlərin normallaşdırılması və sərhədlərin açılması ilə bağlı Sürix protokollarının Ermənistan Konstitusiya Məhkəməsində müzakirəsi və qəbul olunan qərar yeni situasiya yaradıb: "Əslində, Ermənistan rəsmiləri hadisələrin bu cür inkişaf edəcəyini bilirdilər. Xarici işlər naziri Edvard Nalbandyan yanvarın 12-də Yerevanda Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarı hələ oktyabrın 10-da Sürixdə protokola yazmaq istəyirdi. Hətta o, imzalanma mərasimindəki bəyanatında bu fikirləri səsləndirməliydi. Amma Rusiya və ABŞ-ın "im... Ardını oxu »
03 Şubat 2010 tarihinde "Yedi Devlet – Bir Millet” Kültür ve Dayanışma Derneği Türk Cumhuriyetleri Baş Temsilcisi Sayın Azer Hasret Dünya Azerbaycanlıları Kongresi (DAK) Gençler Teşkilatı Başkanı, "Yeni Nefes+” gazetesinin kurucusu Sayın Seymur Hesenli`ni makamında ziyaret ederek bir görüşme gerçekleştirdi. İki saate kadar süren görüşme sırasında Türk Dünyası`nın ortak sorunları ele alındı, DAK gençleri ile "Yedi Devlet – Bir Millet” Kültür ve Dayanışma Derneği`nin nasıl bir işbirliği yapabileceği tartışıldı. İlk önce Sayın Hesenli`ye dernekle bağlı bilgi veren baş temsilci amacın şimdilik yedi bağımsız Türk devletinin katılımıyla Bağımsız Türk Devletleri Birliği kurulması olduğunun altını çizdi. S... Ardını oxu »
Yıl 2009. Kasım ayında Kazakistan`ın eski başkenti Almatı`da Türk Halkları Medeniyetleri Vakfı "Türk Dünyası`nın Güncel Sorunları” isimli bir konferans düzenliyor. Türk Dünyası`nın her tarafından denilebilecek kadar katılımcılar var. Ama Bulgaristan Türkleri`nden davetliler katılamamış. Tabii ki, tüm Türk coğrafyasına ait sorunlar ele alınıyor. İşin önemli tarafı katılımcıların çoğunluğunun Rusça değil, kendi dilinde konuşmaya özen göstermesidir. İlk kez böyle bir etkinliğe tanık oluyordum. Demek ki, her taraftan gelmiş Türkler hiç bir çeviri ve yabancı dil olmadan bir birlerini anlayabilirler. İlk anda bir az zor oluyor, ama bir gün sonra anlaşma imkanları genişliyor. Sağda solda Türkçe`nin Özbek, Kazak, Kırgız, Azerbaycan, Başkurt, Tatar, Uygur ağızlarında kon... Ardını oxu »
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğluna təbrik məktubu göndərib. ATXƏM Mətbuat Xidmətindən Yalquzaq.com-a daxil olan məktubda deyilir: "Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının ilk plenar iclasında qurumun prezidenti postuna seçilməyiniz bizdə qürur və iftixar hissi doğurmuşdur. Avropa Şurası Parlament Assambleyası ilə ölkəmiz arasında münasibətlərə və əməkdaşlığa xüsusi əhəmiyyət verərək, bu mötəbər qurumla əməkdaşlığın ölkəmizin Avropa Birliyinə inteqrasiya olunmasında xüsusi rol oynadığını dərk edirik. İnanırıq ki, dünyada sülh və barışdan yana olan qardaş Türkiyə Cümhuriyyətinin AŞ PA-ya rəhbərliyi dönəmində insan hüquqları və azadlıqlarının təmin olunması, demokratik dəyərlərin inkişaf etdirilməsi, regionda sülhün və sabitliyin bərq... Ardını oxu »
Geosiyasi analitik Vuqar Zifəroğlunun GünAzTv Mətbuat Xidmətinə müsahibəsi:
- Vuqar bəy, son vaxtlar Rusiya münaqişənin həll olunmasında fəal oyunçu rolunu oynayır. Münaqişənin həlli yaxın vaxtlarda gözlənilirmi?
- Bildiyimiz kimi, Rusiya Cənub Qafqazda mövcud olan münaqişələri öz nəzarətində saxlamağa çalışır. Rusiya çox zaman bu münaqişələrin davamlı olmasında maraqlıdır, münaqişələr bir növ onun Cənubi Qafqaz dövlətlərinə təzyiq aləti və Qərblə «bazarlıq»da ona manevr imkanları verən vasitədi... Ardını oxu »