Əli Həsənov Araşdırmaçı
Sibir bölgəsi, xüsusilə Altay-Sayan-Alatau dağlarının yaşıl qucağında və aylı gecələrin gümüş kəməri Yenisey çayı sahillərində yerləşən və RF-yə bağlı özirq Xakas Respublikası çağdaş xakas xalqının tarixi vətənidir. Min illərin tarixi keşməkeşindən keçib gəlməyi bacaran xakaslar bəzi salnamələrdə, mənbələrdə- QIRĞIZ adı ilə qeyd olunmuşlar. Bizim eradan əvvəl II əsrdə qədim çin qaynaklarında ilk dəfə -" XAKAS ”-etnonimi türk tayfa adı kimi keçmişdir (1). XAKAS etnoniminin mənşəyi və semantik məzmununda iki türk qəbiləsinin adı fonetik təhriflərə məruz qalsada özünün TÜRK mənşəyini aydın göstərməkdədir; Göy Türk boylarından Göy\\Kay\\Xay\\Hay\\Ha-Xa; Göy Sak Türk boylarından isə səs düşümü hadisəsi nəticəsində KAS- gəlib HA-ilə birləşərək HA-KAS adı alınmışdır.Məsələ burasındadır ki, KAS-sözünün də semantik məzmunundə Göy Sak-iki türk sözü ifadə olunmaqdadır.Zamanla fonetik yuvalar sıxılmış,ö və y-səsləri düşmüş, G-səsi SAK-dan S-ilə birləşib qalın K-ya və ya kar-X-ya çevrilmişdir;Göy Sak//-KOS//SAK;KASSAK//QAZAK//QAZAX- şəkilinə düşmüşdür.Göy Sak sonrakı fonetik variantlarda üzvlənmiş KAS forması almışdır. Xəzər gölünün başqa adının Kaspiy olması da KAS BƏY-dən gəlir.KAF(zirvə,baş)KAS (göy-sak)//KDQ-da Qaz//Kas-lıq dağı, bir sözlə QAF-QAZ da o cümlədən.Amma "Osetin dilinin etimologiyası” 5-cildlik fundamental əsərində böyük osetin alimi V.Abayev Qafqaz toponimi haqqında yazır ki, "proisxojdeniye neizvestno”- mənşəyi məlum olmayan sözdür.Bu Moskvaya xoş gəlmək üçün antitürk mövqedir. Buna bənzər münasibəti biz V.Dalın "Canlı rus dilinin izahlı lüğətində”də görürük.V.Dal minlələ türk mənşəli sözün qabağında yazır ki, "mestnoe nareçie”("yerli şivə”?!) bilinmir ki, söhbət rus dilindən yoxsa türk-tatar dilindən gedir, hansı dilin yerli şivəsidir. XIX əsr ümumiyyətlə velikorusların türkə və tatara eyni dərəcədə nifrət etdikləri bir zaman idi. Halbuki, Nobel mükafatlı yazıçı Mixail Şoloxov ana xəttinin türk soyundan gəlməsilə açıq fəxr edirdi. Atası isə kuman (xristianlaşmış göy türklər; məs: Qaqauzlar-Göy Oğuzlar.) kazaklarının soyundan gəlirdi. Beləliklə,Göy Türk, Göy Sak, Göy Oğuz qəbilələrinin və digər kiçik türk tayfalarının ayrı-ayrı boylarının birliyindən tarixən formalaşan yeni millətin adını rus transkripsiyasında Xakas yazmışlar. Burada iki adın əvvəlində gələn GÖY sözünün biri digərini fonetik məxrəcə yuvarlatmışdır. Hazırda Xakas xalqı Saqay, Beltir, Kaç və ya Kaas, Koybal, Kızıl, Şor, Kamasin, Çolım və Çat adlı böyük və kiçik tayfalardan ibarət olmaqla müasir-çağdaş xakas millətini oluşdurmuş (2), velikorus şovinizminin slavyanofil assimilə siyasəti və xristianlaşdırma basqılarından gələn təzyiqləri altında qalan bu türk xalqı öz ağrılı həyatını yaşamaqdadır.
2. Xakas folkloru ilə tanışlıq tarixi haqqında
Xakas folklorunun ilk dəfə toplanması və nəşri XVIII əsrdən başlanır. Folklor toplayıcıları Xakas folklorunun toplanması və nəşri tarixini 3 mərhələyə ayırırlar; 1-ci mərhələ XVIII əsri, 2-ci mərhələ bütütünlüklə XIX əsri, 3-cü mərhələ isə XX əsrin əvvəllərindən bu günə qədərki dövrü əhatə edir. Birinci mərhələdə Xakas xalqına məxsus bəzi miflər, əfsanələr, nağıllar,tapmacalar və rəvayətlər toplanmış və yazıya alınmaqla və qismən nəşr olunmaqla səciyələnmişdir.Bu işlə məşğul olan şəxslər əsasən səyyahlar, sürgünə göndərilmiş rus ziyalıları, çar zabitləri, əsir düşmüş xarici ordu zabitləri, bir də az sayda tarixçi-etnoqraf alimlər olmuşdur. Səyyahlar və tarixçi-etnoqraf alimlər toplayıb nəşr etdirdikləri əsərlər-miflər, əfsanələr, rəvayətlər vasitəsi ilə Peterburq və Moskvanın mədəni cəmiyyətinə Sibirin bu bölgəsində yaşayan Xakas xalqının bədii-əsatiri düşüncəsi, poetik zövqü, mədəni özəlliyi haqqında məlumat vermək, onları tanış etmək istəmişdirlər. 1724-cü ildə çarın fərmanı ilə rusiyada Elmlər Akademiyası açıldı. Elmlər Akademiyası açılandan sonra Sibir xalqlarının, o cümlədən xakasların tarixinə, şifahi ədəbiyyatına, etnoqrafiyasına, məişət və digər özəlliklərinə həm elmlər akademiyasının, həm də Rus Coğrafiya Cəmiyyətinin üzvü olan ziyalılar ciddi maraq göstərir onlarla məşğul olurdular. Onlar Xakas xalqının poetik –şifahi və mənəvi mədəniyyət abidələrini toplayır, nəşr edir, o nümunələrdə ifadə edilən bədii xüsusiyətləri həmçinin folklor materiallarının fəlsəfi –idraki əhəmiyyətini yüksək qiymətləndirirdilər. 1721-22-ci illərdə cənubi sibirin bu bölgəsinə alman təbiətşünası D.Q.Messerşmitd gəldi. Messerşmitd bu ölkənin coğrafiyası, tarixi, etnoqrafiyası, şifahi ədəbiyyatı haqqında material toplayırdı.O, 1721-ci ildə Uybat çayının kuzey sahilində hündür bir daş abidə tapdı.Bu daş abidə bütün dörd tərəfindən naməlum " yazılar-işarələrlə” örtülmüşdü.Sonra məlum olacaq ki, qədim türk dili və tarixi üçün müstəsna əhəmiyyətə malik olan bu daş Orxon-Yenisey abidələri silsiləsinə daxil olan məşhur Yenisey abidələrindən biridir. O, xakasların torpaqlarını Şimal müharibəsi zamanı ruslara əsir düşmüş və burada öz hərbi əsir həyatını yaşayan İsveç zabiti F.İ.Tabbert-Stralenberq ilə birlikdə gəzmişdi.F.İ.Tabbert-Stralenberqin yazıya aldığı poetik- folklor materialları arasında Ara tayfasının həyatı və çoxsaylı ilan ordusuyla döyüşü təsvir edilir. O, mətni almanca yazmışdır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki,Ara tayfasının ilan ordusuyla müharibəsi haqqında əfsanəni başqa alman alimi Q.F.Miller də 1733-34 – cü illərdə 2-ci Kamçatka ekspedisiyasında iştirak edərkən yazıya almışdır.Sonralar bu əfsanə N.F.Katanov tərəfindən yazıya alınmış və 1907-ci ildə ( 541 səhifə ) toplayıcının tərcüməsində rusca çap olunmuşdur. 2-ci Kamçatka ekspediyasının tərkibində Rusya Elmlər Akademiyasının digər üzvləri ilə bərabar o dövrün görkəmli alimləri- V.N.Tatişşev, İ.E.Qmelin, Y.İ.Zindenau da iştirak etmiş və xakaslara məxsus olan folklor-etnoqrafik materiallar toplamışlar. Alman-rus-isveç-fin alimlərinin sibirdə yaşayan bu türk xalqlarının tarixi, maddi-mədəni irsi, coğrafiyası, şifahi ədəbiyyatı və etnoqrafiyası haqqında topldığları və araşdırdığları, tərcümə edib nəşr etdikləri əsərlər sayəsində rusyada yeni elm sahəsi- sibirşünaslıq elmi üçün baza yaradıldı.Sibirşünaslıq elmini yaradan daha iki böyük alim var idi; İ.Q.Qeorqi və P.S.Pallas. İ.Q.Qeorqi " Opisanie vsex v rossiyskom qosudarstve obitayuşşix narodnostey” (" Rusya dövləti ərazisində yaşayan bütün tayfaların təsviri ”) adlı əsəri ilə P.S.Pallas isə " Putişestvie po raznim provintsiyam Rossiyskoqo qosudarstva” (" Rusya dövlətinin müxtəlif vilayətlərinə səyahət ”) adlı əsri ilə birinci mərhələni mükəmməl şəkildə bağladılar.Tarixi zərurət sonra işi elə gətirdi ki, sibirşünaslıq elmi ilə şərqşünaslıq elmi rusyada eyni forma və mündəricədən qaynaqlanaraq eyni vaxtda təşəkkül etdi və tədricən yeni yaranmaqda olan türkologiya elmi də həm sibirşünaslığın, həm də şərqşünaslığın tərkib hissəsinə çevrildi. Sibir o cümlədən xakas türklərinin poetik və qeyri poetik folkloru, etnoqrafiyası, tarixi və maddi-mədəni irsinin öyrənilməsinə maraq getdikcə artmaqda idi. Belə ki, xakaslara məxsus mənəvi mədəniyyətin elmi-tədqiqata cəlb edilməsi prosesinin davamı bu reqionu öyrənmənin, elmi əlaqələrin və tədqiqatın 2-ci mərhələsini- bütünlüklə XIX əsri əhatə etdi. 2-ci mərhələdə həm sibirşünaslıq, həm şərqşünaslıq, həm də türkologiya daha geniş inkişaf pilləsinə keçdi.Bu mərhələ toplanan folklor mətnləri,etnoqrafik məlumatlar dərin təhlillərdən keçir, ümumtürk kontekstində elmi-tədqiqata cəlb olunması və yeni alimlər nəslinin yetişməsi, formalaşması ilə səciyyəvi özəllik kəsb edirdi. Onu da nəzərə almaq yerinə düşərdi ki, məhz bu mərhələdə həm sibirşünaslığığn, həm şərqşünaslığın eyni zamanda predmeti olan türklük bilikləri dünya ictimai elmlər ailəsinə türkologiya adı ilə daxil oldu və yeni elm sahəsi bir çox görkəmli alimlərin fədakar zəhməti sayəsində təşəkkül tapdi.Belə görkəmli alimlərin sırasında fin linqivist, etnoqraf, türkoloqu M.A.Kastreni, alman türkoloqu V.V.Radlounu (3) , Q.F.Milleri, Rus Coğrafiya Cəmiyyətinin fəal üzvü N.A.Aristovu (4), qazax Ç.Valixanovu, Q.Potanini (5), N.Katanovu, İ.İ.Karatanovu, V.Titovu,və soydaşımız oğuz türkü M.Kazım bəyi xüsusi hörmətlə yad etməliyik. Məhz Mirzə Kazım bəy tipli alimlər çar rusyasında şərqşünaslıq elminin (əslində o cümlədən türkalogiya elminin) sağlam təməllər üzərində əsasını qurdular.Bu zamandan etibarən folklor-etnoqrafik, tarixi-coğrafi, tətbiqi sənət və qayaüstü rəsmlər, folklor musuqisi, mərasim- ayin və təqvim bayramları haqqında əldə edilən,toplanan materialların nümunələri məhz o zaman aspektindən sistemli öyrənilməsi, intensiv araşdırılması humanitar-filoloji elmin ayrı-ayrı sahələri ilə elmi-tədqiqatların differensiasiyası başlandı. Xakas folkorunu toplamaq və öyrənmənin 3-cü mərhələsi XX əsrin əvvəlindən bu günə qədərki dövrü əhatə edir. Əsrin əvvəlindən başlayan rus-yapon müharibəsi, I Dünya müharibəsi,oktyabr sosialist inqilabının baş tutması, çarın devrilməsi, vətəndaş müharibəsi,SSRİ-nin yaranması, sonra öz xalqına qarşı qanlı sovet repressiya illəri, daha sonra II Dünya müharibəsi, ictimai-siyasi fəsadlara məruz qalan sovet xalqları ailəsi ilə birlikdə xakaslar da ağır,sıxıntılı, rejim həyatı yaşamağa məcbur olmuşdular. Ona görədə XX əsrin 1-ci yarısına nisbətən 2-ci yarısı-xüsusilə, Böyük Vətən müharibəsindən sonrakı illər xakas folklor mədəniyyətinin toplanması və öyrənilməsi, tədqiqatın inkişafı baxımından daha məhsuldar olmuşdur. Burada artıq xakas millətindən olan vətənsevər alimlərin də elmi hərəkata qatılmasını, doğma mədəniyyətini doğma dilində araşdırmasını vurğulamaq vacibdir.Artıq milli kadrların da yaxından iştirakı sayəsində türkoloq-folklorşünaslar bahadırlıq eposu olan " Altın-Arığ”, " Albınjı” (" Xulatay”), " Xan Kiçiqey”, " Gümüş qanadlı mavi-boz atlı Kün-Tenqis”, " Ağ-Çibek-Arığ ”, ” Xulatay və Qulun Taycı ”, " Altın -Sabah”, " Qırmızı tülkü Alp-qız ”, " Üç dəfə evlənən Xan-Mirqen”, " Ay-Arığ ”, "Ay-Xuuçın ”, " İzer-Qara-Qız...”, " Izil-Arığ ”, " Kor Xan-Mirqen”,”Pis-Tumzux-Plö-Xarına evlənmiş Küreldey”, " Dombalangöz Pora-Ninçi ”-və digər bu kimi əsərləri toplamış, kommentariyalarla paytaxt Ağban (Abakan) da çap etmiş, bir çox dastanlar haqqında namizədlik, doktorluq dissertsiyaları yazmışdırlar. Xakas folklorunda ən geniş yayılıan janr- xalq arasında "alıptıx nımax” və ya "çaalıq nımax” adlandırılan, döyüşlər və müharibələr mövzusunda olan qəhrəmanlıq və ya bahadırlıq dastanlarıdır. Qəhrəmanlıq janrında söylənən dastanlar daha çox Qızıl boyunda zəngin və rəngarəng olsada, digər boylarda məsələn, Saqay, Kaçin, Şor, Koybal və s. xakas boylarında da məşhurdur. Bununla yanaşı ictimai problemlər, iqtisadi sıxıntılar dolayısıyla folklora azalan marağı nəzərə alaraq B.E.Maynoqaşeva qeyd edir ki,bizim zamənəmizdə epik ənənələr dağılıb söndükcə dastan söyləyicilərinin-xaycıların sayı da sürətlə azalır. Bu fikirlər sovet dövründə, kommunist ideoloji basqısı və təsiri altında deyilmişdir. Əslində "epik ənənələr dağılıb sönmürdü”,sovet ideologiyasının məkrli semantikası altında velikorus millətçiliyi məxfi formalarda antitürk istiqaməti izləyirdi.Bu istiqaməti və məqsədi saxta beynəlmiləlçilik şüarları altinda və gizli polis orqanlarının (KQB) hədə-qorxuları ilə ört-basdır edir, ümumtürk mədəniyyəti əleyhinə, ortaq türk bütövlüyü əleyhinə gizli basqı yapırdılar.Ona görə antitürk gizli basqı haqqında düşüncələrini və məlumatları B.E.Maynoqaşeva açıq deyə bilməzdi. (6). |