Bakıda “Ey İran” marşı və yeşil meydanda qızıl bayraq - 6 Февраля 2010 - Bakı Strateji Araşdırmalar və Xəbərlər Mərkəzi

Bakı Strateji Araşdırmalar və Xəbərlər  Mərkəzi


Cümə axşamı, 03.09.2010, 19:28
 
 
» Menyu
» Giriş Forması
E-mail:
Parol:
» Xəbər Bölmələri
İdman [8]
Qarabag [8]
Mədəniyyət [29]
Siyasət [707]
Kriminal [1]
Diaspora [74]
Müsahibələr [425]
İdealogiya [32]
Tarix [417]
Güney Azərbaycan [84]
» Axtarış
» Təqvim
«  Fevral 2010  »
B-eÇərÇ.aCümC.aŞənBaz
1234567
891011121314
15161718192021
22232425262728
» Reklamlar
» SAYOKAN


S A Y O K A N
Ön səhifə » 2010 » Fevral » 6 » Bakıda “Ey İran” marşı və yeşil meydanda qızıl bayraq
Bakıda “Ey İran” marşı və yeşil meydanda qızıl bayraq
16:29
Böyük Rəsuloğlu
Neçə gün öncə (01.02.2010) orat avrupa vaxtı ilə saat 19:00 radələrində Əlirza bəy Nurizadənin” ata yurduma açılan pəncərə " adındakı verlişinə baxırdım. Kürd təşkilatlarından "Komilə” yə məxsus olan Rojhelat TV-dən yayılan bu programda cənab Nurizadə neçə vaxtdır ki, sonunda bir mahnı səsləndirərək "yeşilləri” qızışdırmağa çalışır. Bu olay, gözdən ıraq olsa da gönüldən ıraq deyil. Çünki hərkəsin aydınca bildiyi kimi adı çəkilən şəxs İranda gedən yeşil hərəkatın xaricdə oln dəstəkçilərindən biri, bəlkədə ən fəalıdır. Ama, gözdən ıraq gönül bulandıran olay, o gün yayınlanan mahnı əvəzi, Bakıda oxunmuş "ey İran” marşı və onu təqdim ederkən " yeşillərin xaricdəki nümayəndəsinin, cəfəngiyatiydi. Röya xanım Sadiqi adında bir xanəndənin, Azərbaycan cümhuriyəti çalqıçılarından təşkil edilmiş bir orkestr müşayiətində, salondakı azərbaycanlılara oxunan, fars şovinizminin ən bilinən nişanəsi olan bu surudun oxunduğu yer, ya Bakı Flarmonyası, ya da yeşil teatr idi. Filmin yazıları təmiz olmadığına görə tarixini də oxumaq çətinləşirdi. Bu çirkin oyuna yeşil hərəkatı simasında fars rasizminin milli davası donu geyindirən Nurizadənin təqdimatında, Azərbaycanın şumal və cənubunun adını çəkərək, İranın başı olduğu aldatmaca hikayətini tikrarlaması görünməyə dəyməsə də, bəzi güneylilərin diqqətinə layiq idi. Ondan da çirkini, iki gün sonra bu utanmazın, hörmətli Ərəb dostumuz " Bənitorof” cənablarının son müsahibəsinə yersiz istinad edərək və "Komilənin” yeşillər haqqında geçən həftəki bəyanatından sevincini gizlətmədən, bizləri, yeşil hərəkata qoşulmağa çağırmasıydı. Bu məqalənin əsl hədəfi həmin məsələ olduğuna görə, buna aşağıda geniş toxunacağam. Ancaq, bu şəxsin, Azərbaycanın hörmətli prezidenti İlham Əliyev cənabları və rəhmətlik atasına da əhanət edrərək Güney Azərbaycan məsələsində onlara ağız büzməsi, Azərbaycan dövlətinin də diqqətinə dəyən bir hadisədir. Hakimiyətdə olan islam rejiminin Səhər kanalının anti Türk, anti Azərbaycan təbliqati kimsəyə sır deyil. Hakimiyəti almağa çabalıyan yeşillərin bu davranışları isə, həm "Azərbaycan Milli Hərəkatının” özəlliklə bizi rejim davasına sürütləmək istəyənlərin, həmdə Azərbaycan dövlətinin gözündən qaçmamalıdır. Bu yazını yazmağa fikirləşəndə düşünürdüm. Görəsən "ictimai televizyon” fotbal müsabiqələrini analiz edərkən, sadəcə idman zaviyəsindən baxaraq, Təbrizin Səhənd top meydanında 150 min nəfər Azərbaycan Türkünün " yaşasın Azərbaycan” " yel yatar tufan yatar- yatmaz ay ulduz bayrağı” kimi şuarlarını şumallıların qulağına çatdırarsa, nə olar.
Sözü buraya gətirmişkən, bizi İranda rejim deyişikliyi savaşına soxmaq istəyən bəzi Azərbaycan quvvələrinin yanlış siyasətlərinə toxunmadan geçmək doğru olmazdı. Satqınların yanında manqurtlarımızın da bu yolda dəridən qabıqdan 1 çıxması anlaşılmaqdadır. Ancaq, milli hərəkatımızın içində səmimiyətlərinə inandığımız bəzi quvvələrin çabaları anlamaq mümkün deyil. Bu soydaşlarımızın xətali siaysət ölçüləri qarşısında milli hərəkatımızın dayanması nəticəsində təhrifin qarşısı alınmış olsa da, hətta Amisterdam toplantısında hazırlanmış bəzi planların önü, təmiz milli təfəkkür gücü ilə alınması, o toplantının böyük başarısı sayılsa da, çeşitli deyimlərlə bu yanlış yola körpü vurmaq çabalarını da anlamaq mümkün deyil. Əlirza Nurizadənin, BBC-nin, VOA-nın vaxt aşırı Həsən bəy Şəriətmədari ilə müsahibələri, millətimizi tərs yönə yönləndirmək məqsədi ilə aparıldığı hamımıza aydındır. Ancaq bəzi milli quvvələrimizin, öz təbliqat orqanlarımızda "bu rejim deyişməsə Azərbaycan bir şey qazanamaz” söz pərdəsinin altında yatan məqsəd nədir? Öz təbliqat orqanlarımızda bir cür, yeşil dəstəkçiləri Fars təbliqat orqanlarında başqa cür analiz edərək, Azərbaycan milli hərəkatına taktik ürətənlərin məqsədi nədir? Azərbaycan milli hərəkatını durgunluqla suçlayan, ona yeni bir hərəkət qaynağı yaratmaq üçün yeşilçilikdən dönmüş görünərək, onların içində yox, yanlarında və ya ayrı səflərdə öz şuarlarımızın səsləndirilməsini ortaya ataraq, beyinləri qarışdıranların, fotbal meydanlarındakı "qızıl bayrağı” görməməzlikdən gəlmələrinin səbəbi nədir? Fikrimcə bu suallara düzgün cavab axdarmağın zamanı gəlib çatmışdır, yoxsa, inanmışlarımızın bu tərsə yolda addımlamaları, şovinistlərin görünməyən əllərinin yardımı ilə, atalarımızın "dalıdan atılan daş topuğa dəyər” misalını başımıza gətirəbilər. Özəlliklə Bəhmən ayının 22-si yaxınlaşdıqca daha da fəallaşan bu qrupun təbliqatının qarşısının alınması milli düşünürlərimizin görəvi sayılmalıdır. 1- Rejim bağlamında milli haqlarımız ! "Islam rejimi deyişməsə biz haqlarımızı ala bilmiyəcəyik” söyləminin ikinci mənasi, yeşillərin iddea etdiyi üzdən iraq demokrat rejim, bizim haqlarımızı tanıyacaq fikrini aşılamaqdadır. İslam inqilabi, o boyda potansiyeli ilə bugünə qaldığı halda, aşırı rasist təfəkkür daşıdığı gün kimi aydın olan İrandaki bu hərəkatın sonu deyil, başlangıcında başımıza gələcəkləri anlamamamq mümkün deyil. Bütün probləmlərin həllini, o cümlədən milli ayrı seçgilik düyününün, Qurani kərimin ayələrinə istinadən açılacağını düşünən toplumun %99- nun səs verdiyi islam cümhuriyəti, qalibiyətindən bir ay sonra inhirafa başladı. O tarixdə Qum şəhərində Ayətullah Xumeyninin huzurunda geçirilən böyük bir iclasda, Sənəndəcdən gələn Kürd müftisi Müftizadənin başına gələnləri millət unutmamışdır. O məclisi idarə edən Haşimi Rəfsəncaninin əmmaməsi altında gizlənən Fars şovinizminin təhriflərindən başlıyaraq, Kürüdstan qırqınları, Ahvaz Ərəblərinə qarşı yürütülən vəhşiliklər, Türkmənistanda axıdılan qanlar, müsəlman xalq partiyasının başına gətirilənlər apa aydın göstərdi ki, İranda Farsçılıq siyasətinin hakim olduğu müddətcə, millətlərin sağlam bir mehitdə bərabər yaşamasına imkan yoxdur. O 2 gündən bugünə gəlib çıxan islam hakimiyətində Əhmədi Nəjad kimi bir dəlinin, millətimizin başına gətirdiyi bəlalər açıqca göstərir ki, hamımızın şərik olduğumuz islam çərçivəsində milli haqlarımızın tanınmadığı bir halda, Azərbaycan Türk milləti ilə heç bir bağlantısı olmuyan Farsçılıq ideolojisi daşıyan yeşilləri təşkil edən qrupların hakimiyətə gəlməsi ilə tanınacağı aldatmacadır. Şübhə yoxdur ki, o ölkədə baş verənlər, orada yaşıyan 30 milyonluq soydaşımızın alın yazısına təsir etməkdədir. Bunda da şübhə yoxdur ki, öz müqəddəratımızı təyin etmək üçün münasib fürsətlərdən düzgün istifadəni bacarmalıyıq. Bunda da şübhə yoxdur ki, o ölkədə vəya hərhansi bir ölkədə böyük deyişikliklərin ortaya çıxması üçün iki önəmli şərt gərəkməkdədir, xarici quvvələrin müdaxiləsi, mərkəzi hakimiyətin zəyifləməsi. Bu durumda iki sual qarşımıza çıxmaqdadır, ölkədə, yuxarıda qeyd edilən iki önəmli şərt yaranmışmı? Milli hərəkatımız müdaxiləyə hazırmı? Hazırlıq məsələsi haqqında fikirlərimi bu təhlilin 3-cü bəndində geniş izah edəcəyimə görə, indi, bizi yeşillərə qoşmaq üçün çeşitli metodlardan faydalananan bu səmimi dostlarımıza bəzi tərifləri anlatmaq məcburiyəndəyəm. Bu dostlarımız, özlərini yüksək səviyədə savadlı, başqlarını elmdən yoxsun, siyasətdən anlamaz və geri qalmış hesab edirlər. Ancaq, dövlətlə hökümət arasındakı ayrışmanı görməməzlikdən gələrək, hətta dövlət tərifini millət tərifi yerinə yerləşdirərək milli hərəkatımızın əsas qurtuluş amcalarına zərbə vurmaqda israrlı olmaları insanda şübhə yaradır. Qeyri elmi basdırmayla İran milləti yaradaraq, Azərbaycan Türk millətini qovm və qəbilə həddinə düşürənlərin, hətta BMT-nin millət tərifinin tərsinə olan yazıları, yarqı dəyərlərimizin ölçüsüdür. Siaysi ədəbiyatımıza yüklənmək istənən bir çox gəlişi gözəl ancaq içdənliyi boş söz və cümlələrin arxasında duran təfəkkürü, millətimiz düzgün tərəzidə ölçməkdədir. Millətimiz bu insanların fars mehvərli təlim tərbiyələrini inkar etməməklə birlikdə, səmimiyətlərinə inansa da həmin savad dayrəsindən çıxamadıqlarına görə milli hərəkatımızın mənafeni qorumaq üçün seçdikləri xəta dolu siyasətləridə unutmamaqdadır. Bu tərsliyin bir səbəbi də ana dilizi bilmədikləri hesab edilirsə, onu öyrənmələri, özlərinə və hərəkatımıza faydalı sayılmaqdadır. 2- Deyişik yerlərdə deyişik sözlər ! Milli radyotelevizyonlarımızdakı danışıqlarında bəzən təzad olsa da, bir cür, Fars kütləvi informasyon vasitələrində başqa cür təhlillər ortaya qoyan soydaşlarımızın davranışı əlbətdə ki, gözlərdən qaçmır. Milli sitə və qruplarımızda yazılanları təqib edən milli fəallarımız, eyni şəxslərin yeşillərlə bağlı olan qazet və sitələrindəki yazılarıda haqlı olaraq təqib 3 etməkdədir. Bir insan, düşüncəsinin doğruluğuna inanabilər, tutduğu yolun geçəcəyi körpünün güvənliliyinə imani olabilər, ancaq demokrasi adı ilə anti demokratik davranışlarla başqalarını aldatmaq, fikir adamlarına yaraşmıyan bulanıqlıqdan qaynaqlanabilər. Fikirlərimizdə ayrılıq olsa da, səliqələrimiz fərqli olsa da, məbada gündə bir birimizə güvənmək ölçülərini azaltmamaq üçün qeyrət göstərməliyik. Bugünkü informasyon vasitələrinin yüksək inkişafi, millətimizin, özəlliklə gənclərimizin bundan düzgün istifadə etməsi nəticəsində kimsə kimsəni aldatacaq durumda deyildir. Millətimiz başa düşümüşdür ki, yarısı "Şah Kuruşun” axıtdığı qanlara dayanan rasizmlə barışan, yarısıda qarşısına çıxanı "allaha ox atdığına” görə ölümə məhkum edən bir toplumda demokrasi imaknsızdır. Ölkədə, demokrasinin ən böyük düşməni fars şovinizmi və onu yıxa biləcək ən böyük amil bizim güclənməyimizdir, o yolu axdarmalıyıq. 3- Milli hərəkatımızın durqunluq iddeaları ! Qılıq deyişdirən təklif və iddealarla, milli hərəkatımızı İranda rejim savaşına sürütləməkdə, çeşitli ifadələr, siyasi ədəbiyatlar, iddea və təhlillərin cərəyan etdiyi göz qabağındadır. Yuxarıda qeyd etdiklərimin yanında, millətimizin əsas düşməninin, farsçı rasist quvvələrin, tac altında gizlənənindən, əmmamə altındakına qədər, irgçı koministlərdən, demokrasi kravati düyünündə gizlənən cümhuriytətçisinə qədər olan İranda farsçı dövlətçiliyi müdafiə edənlərin hamısının yerinə, islam rejimini qoyanların bir iddeasıda milli hərəkatımızın durqunluğudur. Bu iddeanin o biri üzündə yeşillərə qoşularaq yeni bir dinamizim yaranması yatmışdır. Azərbaycan milli hərəkatı, Şumali Azərbaycan müstəqil olduqdan sonra yeniləşən çağdaş formasi ilə dəvamli inkişaf etmişdir, bugündə bu dinamikliyi şərtlərə uygun olaraq qorumaqdadır. Çağdaş hərəkatımız 1990-larda Tehran , Təbriz, Urmu biliyurdlarındakı milli şeir axşamalrı ilə başlamış, Erməni daşnaqları qarşısında yürüşlərlə yüksəlmiş, çətinliklə yayılan milli möhtəvalı kitablarla yayılmış,1995 tələbə hərəkatı ilə gəlişmiş, həmin il rəhmətlik Dr. Zehtabının planı əsasında 23 nəfərin iştiraki ilə başlamış Babək qalası yürüşü ilə dirçəlmiş, 1996 seçgiləri ilə irəliyə addımlamış, keyfiyət və kəmiyət baxımından artan nisbətlərə artaraq dəvam etməkdədir. Milli hərəkatımızın inkişaf mərhələrini təqib edənlər yaxşı bililər ki, bu aşamaların hər birinin qarşısının alındığı zaman, milli fəallarımız başqa bir arx açaraq sel kimi axan hərəkatımızı yönləndirib və durqunluqdan qurtarıb. Babək qalası yürüşünü durdurmaq üçün fürsət axdaran Tehran hakimiyəti, hadisələrdən su istifadə edərək, qarşısını aldıqdan sonra şəhərlərə axınan milli quvvələrin 4 yaratdığı May hadisələri xatirələrimizdən silinməmişdir. 15 nəfərin şəhadəti, 200 nəfərin yaralanması, 2000 nəfərin zindana salınması, 1o min nəfərin təqibi, yüzlər soydaşımızın işdən qovulmasına baxmıyaraq, hərəkət öz məcrasını tapmış və bütün gücü ilə irəli getməkdədir. "Yeşil meydanlarda qızıl bayraq” əsdirən 100 minlər Azərbaycan Türkünün siyasi olqunluğunu görmüyənlər "müstəqil Azərbaycan milli hərəkatının” mahiyətini idrak etmiyənlərdir. Yetər ki, biz xaricdə olanlar onlara yol göstərmək yerinə, öndər olmaq yerinə, onların gösrərdiyi yolun təbliqatçısı, onların öndərliyinə yardımçı olaq. Tam aqıllı bir siyasət ilə yeşillərdən fasilə tutaraq, istiqlalyətlərini qoruduqları üçün alqışlayaq, top meydanlarındakı mübarizələrinə siyasi don giydirmədən dəstəkliyək. O ölkə şəraitində, onların başlatdığı bu mübarizə ən doğru metod, ən düzgün modeldir. Hər gün bir bəhanə ilə milləti çaş baş salmaq yerinə, verilən şuarların qədrini bilək, milli ruhumuzun yüksəlməsinə yardımçı olan şuarları aşırı, kökündə İrançılıq olduğuna görə federalçılığı, onunda kökündə farsçılıq olduğuna görə rasizmin payına pay qatmıyaq. İstiqlal federal davası yerinə milli ruhumuzu artıran "haray haray mən Türkəm””ana dilində mədirəsə””yel yatar tufan yatar- yatmaz ay ulduz bayrağı” " öldü var döndü yoxdur- yandı var söndü yoxdur” şuarlarını daha da ucaldaraq daxildəki xalqımızın qulaqlarına çatdıraq. Qıt olan təbliqat vasitələrimizi nəzərdə alarsaq daxildə bu şuarları verənləri ifratçı adlandırmaqla təbliqat zaviyəmizi daha da daraldırıq. Halbuki, Azərbaycan milli hərəkatının güclənib, hazır olmaq vasitələrindən biri də, bəlkə ən güclüsü də, milli ruhumuzun və Türklük şuurumuzun yüksəliş körpüsündən geçər, bu şuarlar isə dirçəlişimizi zirvələndirən amillərdir. Dünyanın heç bir ölkəsində insanların öz kimliyini dilə gətirməsi qanunən yasaqlanmadığı və yasaqlanamadığı kimi heç bir beynalxalq hüquq prensiplərinə də zidd deyil. Bunuda anlamalıyıq ki, bu axarın qarşısına vurulacaq səddi yıxmaq üçün aqıllı insanlarımız yeni yeni yollar tapacaq, qızıl körpü vuracaqdır.
Kateqoriya: Güney Azərbaycan | Baxılanlar: 171 | Əlavə edən: admin | Reytinq: 0.0/0 |
Şərhlərin cəmi: 0
Şərhi ancaq qeydiyyatdan keçmiş uzerlər verə bilər.
[ Qeydiyyat | Giriş ]
» Mesaj
» Xəbər Arxivii
» Sorgu
Hansı Strateji Mərkəz çox fəaldı ?
Cəmi şərhlər: 313
» Dost Saytlar
» Statistika

Onlinedə cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
www.sayokan-az.com © 2010Бесплатный хостинг uCoz