Cavid Cəfərli Dünyada əlli milyonluq Azərbaycan türklərinin yaranışdan var olan təbii haqları fars, rus və erməni siyasəti nəticəsində acınacaqlı vəziyyətə düşmüşdür.1813-cü ildə Gülüstan, 1828-ci ildə Türkmənçay müqaviləsinin bağlanması nəticəsində Azərbaycan Rus-İran arasında parçalandı. Şimalda ruslaşdırma, erməniləşdirmə Cənubi Azərbaycanda isə farslaşdırma siyasəti həyata keçirildi. Azərbaycan torpaqları nəticəsində Ermənistan və Dağıstan dövlətləri yaradıldı. Şimali Azərbaycanda türklərinin yaranışdan var olan yaşama haqları kobud şəkildə pozuldu.
Güney Azərbaycanda İran adlandırdığımız Farsıstan dövləti irqi ayrı seçkiliyi dövlətin əsas ideyologoyasına çevirərək bundan lazımı səviyyədə istifadə etdi. İranda irqi ayrı seçkilik siyasətini Pəhləvi Rza xan həyata keçirdi. Farslaşdırma siyasətinin əsas məqsədi türklərin dilini, tarixini, mədəniyyətini, milli kimliyini, məhv etmək və türkləri bir millət kimi cənubi Azərbaycandan qovmaq təşkil edir. Cənubi Azərbaycanda farslaşdırma siyasətinə görə Azərbaycan türklərini öz dilində danışmağ qadağan edilmşdir. 1925-ci ildə Qacar dövləti devriləndən sonra İngilislərin köməyi ilə hakimiyyətə farspərəs Pəhləvi gəldi. Rza xan ingilislərin köməyi ilə iranda Paniranizim siyasətini həyata keçirməyə başladı. Farslaşdırma siyasətinə görə məktəblərdə, üniversitetlərdə, dövlət idarələrində türkcə danışmaq yazmaq qəti-qadağan edılmişdir. Fars dilini bilməyən uşaqlar məktəbdə türkcə danışanda onları cəzalandırırdılar. Pəhləvilər dövründə belə uşaqların boynuna ip salaraq axıra bağlayırdılar. Daha sonra pul cərməsi ilə əvəz olundu. Ancaq mahiyyət etibari ilə eyni idi. Hər ikisində xalq təhqir olunur öz dilində danışmaq qadağan olunurdu. Farslar yaxşı bilirlər ki, öz dilini,adətlərini unudan millət məhv olur sıradan çıxır unudulur. Ancaq farslar da çox gözəl bilirlər ki, türklər öz dilindən, amalından heç zaman geri dönən deyillər. Min illər türklər-Azərbaycan şahları farsları özlərinə tabe etsədə onların dilinə, mədəniyyətinə, tarixinə toxunmamışdılar. Onların azad inkişfı üçün şərait yaradırdılar. Hətda bunu da demək olar ki, Azərbaycan saraylarında fars dili poeziya dili kimi istifadə olunurdu. Bu da onu göstərir ki, türklər necə ali-cənab, farslar isə necə qorxaq bir millətdir. Farslaşdırma siyasəti nəticəsində Azərbaycan tarixi danılmışıdır. Azərbaycan türklərinin tarixi kobud şəkildə saxtalaşdırılmış hətda silmək belə istəmişdilər. Bu yolda atdıqları ən vicdansız addımlardan biridə türk dilində olan tarixi əl yazmaları yandıraraq, məhv etmələridi. Azərbaycan tarixini diqqətlə izləyəndə aydın olur ki, Azərbaycanda 20-dən artıq imperatorluq, 130-dan çox dövlətlər qurulmuşdur. Bu qədər gözəl tarixi necə danmaq olar. Azərbaycanda olan Lubbi, Turikki, Su, Sub, Subar, Arattda, Kimmer, Iskif, Saklar, Peçenklər, Ramlı, Şumlu, Ustaclı, Təkəlı, Əfşar, Qacar, Zülqədar, Mosunlu, Hindli, Çapanlı, Qaradağlı kimi türk tayfaları Azərbaycanda yaşamışlar. Fars şovinizmi Azərbaycan xalqının bir xalq kimi yaranşdan mövcud olan mülkiyyət haqqını tapdalıyaraq cənubi Azərbaycanı parçalamaq siyasətini həyata keçirmişlər. 35 milyonluq Azərbaycan türklərinin beynində Azərbaycan anlayışı yox ayrı-ayrı oston, vilayət, məmləkət analayışları formalaşdırıblar. Güney Azərbaycanı parçalayaraq Həmədan ostanı, Qərbi Azərbaycan ostanı, şərqi Azərbaycan ostanı, Qəzvin ostanı, Gilan ostanı yaradıldı. Bununlada dilini, mədəniyyətini əlindən almaqla, tarixini danmaqla, məmləkətini parçalamaqla Azərbaycan türklərini parçalamq yolunda atılan addımlardan ən mühümünü həyata keçirmiş olurdular. İranda farslaşdırma siyasəti türk dilində danışmağı, yazmağı qadağan edir. Ancaq fars dilində danışmaq, yazmaq olar. Azəri türkləri öz musiqisini, öz milli kimliyini, milli mənliyini, öz tarixini qorumaq istəyir, fürsət düşən kimi öz haqlarını tələb edirdilər. Ancaq farsıstan adlandırdığımız İran bunu qadağan edir. Yalnız fars musiqisini, tarixini, mədəniyyətini öyrənməyi tələb edirdilər. Azərilər milli partiya və təşkliat qurmaq istəyir. Fars rejiminə görə isə bu qadağandır.Yalnız farslar və fars kimliyini qəbul edənlər fars qanunlarına uyğun partiya qura bilər. İllərdir dinc yolla öz hüquqlarını ifadə eləmək üçün sərbəst toplaşa bilmirlər. Sərbəst toplaşmaq hüququ qadağan edilib onlara. Mətbuat, vicdan azadlığı qadagan edilir. Təbrizdə, Ərdəbildə, Sərabda, Makuda, Xoyda əhali günahsız yerə həbs olunur ən cüzi xətalara görə cismanı cəzalara məruz qalır. Cənubi Azərbaycanda əhalinin gözü önündə insanların əli-qolu kəsilir işgəncələrə məruz qalırlar. Bu terorizim hələdə davam edir. Farsların həyata keçirdiyi bölgələrə ayırma siyasəti Azərbaycan xalqının beynindən vahid Azərbaycan düşüncəsini, azadlıq sevdasını yaddan çıxarmaq üçün həyata keçirdikləri iyrənc bir siyasətdir. Bu gün Cənubi Azərbaycanda İran höküməti yerliçilik və bölgəçilik siyasətini həyata keçirməklə əyalətlər arasında qarşıdurma yaratamaq və vahid Azərbaycan ideyasına zərbə vurmaq istəyir. Fars şovnizimin ostonbazlığı qızışdırması və Azərbaycanın on bir ostan arsında bölməsi əslində Azərbaycan analyışının ortadan qalxması deməkdir. Paytaxtı Ərak şəhəri olan mərkəz oston farsların uydurduğuna görə Azərbaycan türk şəhəri deyilimiş. Dahi türk alimi Mahmud Qaşğarı XI əsrdə verdiyi məlumata görə Qum ,Ərak, Savə qədim Azərbaycan şəhərləri olmuşdur. Hətda Qum şəhəri tarixən məşhur Rey vilayətinin mərkəz şəhərlərindən biri olmuşdur. Daha bir Azərbaycan şəhəri olan əslində fars şəhəri kimi qələmə verilən Savə şəhərində yaşayan əhalini əksəriyyəti türk, dili isə Azərbaycan dildir. Bu da farsların ermənilər kimi yalanadan, dolandan sənədlər hazırlayıb Azərbaycana məxsus olanların özlərinə aid olamsını iddia etməsidir. Hətda İranın paytaxtı Tehran belə Azərbaycan şəhəridir. Orada tarixən Azərilər yaşamış və siysasi, iqtisadi üstünlükləri ələ almşlar. İndi hal-hazırda Tehranda əhalinin əksəriyyəti Azərilərdir. Tarixən Tehran Farsıstan torpağı olmamışdır. Artıq zaman gəlib çatmışdır otaylı-butaylı qardaşlarımız səbirsizliklə qovuşmaq anını gözləyir hər bir məmləkət imperiyası süqut edib. İranda süqut edəcək. Azərbaycan vahid dövlət və vahid xalq kimi dünyanın siyasi xəttindən geri qalmayacaq. Bu gün Azərbaycanın cənubunda milli oyanışımızın yeni yüksəliş dalğası ortya çıxmaqda və genişlənib güclənməkdədir. Özünü İran adı altında gizlədib gerçək bir xalqlar həbsxənası yaradan Farsıstan SSRİ adı ilə pərdələnmiş Rusiya imperiyası kimi dağılmağa məhkumdur.
Kateqoriya: Güney Azərbaycan |
Baxılanlar: 184 |
Əlavə edən: admin
| Reytinq: 0.0/0 |
Şərhlərin cəmi: 0
Şərhi ancaq qeydiyyatdan keçmiş uzerlər verə bilər. [ Qeydiyyat | Giriş ]