Dünya Azərbaycanlıları Konqresi (DAK) “Səhər telekanalı dövlətçiliyimizə qarşı” adlı tədbir keçirdi - 4 Марта 2010 - Bakı Strateji Araşdırmalar və Xəbərlər Mərkəzi
Ön səhifə » 2010 » Mart » 4 » Dünya Azərbaycanlıları Konqresi (DAK) “Səhər telekanalı dövlətçiliyimizə qarşı” adlı tədbir keçirdi
Dünya Azərbaycanlıları Konqresi (DAK) “Səhər telekanalı dövlətçiliyimizə qarşı” adlı tədbir keçirdi
19:03
Dünya Azərbaycanlıları Konqresi (DAK) "Səhər telekanalı dövlətçiliyimizə qarşı” adlı tədbir keçirdi. DAK-ın Bakıdakı mərkəzi ofisi - İstiqlaliyyət küçəsi 8 ünvanında keçirilən tədbirdə məqsəd İran adlanan məmləkətdən yayımlanan Səhər telekanalının Azərbaycan dövlətçiliyinə qarşı apardığı təxribat, daxili siyasi sabitliyi pozmağa edilən cəhdlər və bunun aradan qaldırılması yolları ictimai müzakirəyə çıxarıldı.
Tədbiri giriş sözü ilə açan DAK Mətbuat Xidmətinin rəhbəri Əlirza Amanbəyli İranın bu siyasətinin yeni olmadığını bildirdi: "Azərbaycanın inkişafı, onun qüdrətlənməsi düşmən ölkələri daim narahat etməkdədir. Onlar Azərbaycan adının varlığını belə qəbul etmək istəmirlər. Ona görə də artıq açıq savaşa keçiblər. Səhər telekanalının fəaliyyəti Fars şovinistlərinin Azərbaycana münasibətinin göstəricisidir”.
DAK Gənclər Təşkilatının sədri Seymur Həsənli isə İranın Azərbaycanı dinsiz bir ölkə kimi təqdim etməsinə toxundu: "Əgər İran belə müsəlman təəsübkeşidirsə Quzey Azərbaycanın 20 % torpağını işğal altında saxlayan Ermənistan adlanan dövlətlə iqtisadi əlaqələrini kəssin. Qarabağda məscidlərin dağıdılmasına və donuz fermasına çevrilməsinə etiraz etsin. Burda İslam faktoru sadəcə maskadır. Onun altında isə məkrli niyyətlər yatır”. "Yeddi Dövlət Bir Millət” Kültür və Dayanışma Dərnəyinin Azərbaycan və Orta Asiya üzrə baş təmsilçisi Azər Həsrət daha sərt formada çıxış etdi: "Bu telekanalın Azərbaycanda yayımı dayandırılmalıdır. Həmin proqramlara çıxan vətəndaşlarımızın adları ictimaiyyətə açıqlanmalıdır. Ölkə rəhbərliyinə, ziyalılara, telekanallarımıza müraciət qəbul olunmalıdır. Bir sözlə Səhər telekanalına qarşı alternativ yaradılmalıdır.”
Güneyli şair Sayman Aruz İranın dini siyasi alətə çevirməsinə toxundu: " Mən o rejimin içini görmüş bir adam kimi deyə bilərəm ki, İran rejiminin mahiyyəti puçdur. Din burada sadəcə formal xarakter daşıyır. Artıq bu formallıq üzə çıxmaqdadır”.
Politoloq Taleh Əliyev məsələnin siyasi tərəfinə toxundu: "Azərbaycanın müstəqil siyasət yürütməsi, inkişaf etməsi, Qərblə, İsraillə inkişaf edən əməkdaşlıq bu ölkəni ciddi narahat edir. Ona görə də vaxtilə qapalı şəkildə yürütdüyü siyasəti açıq-aşkar göstərməyə başlayır”.
Tədbirdə həmçinin Sayokan döyüş federasiyasının prezidenti Vasif Namazlı, DAK Qadınlar Şurasının sədri Dünyaxanım Əliyeva, DAK Gənclər Təşkilatının sədr müavini Nərmin Məmmədli, BDU-nun tələbəsi Orxan Əlirzayev məsələ ilə bağlı çıxış etdilər. Sonda Azər Həsrətin təklifinə əsasən ölkə rəhbərliyinə müraciət qəbul olundu. DAK İnformasiya Mərkəzi
Kateqoriya: Güney Azərbaycan |
Baxılanlar: 161 |
Əlavə edən: admin
| Reytinq: 5.0/1 |
Şərhlərin cəmi: 0
Şərhi ancaq qeydiyyatdan keçmiş uzerlər verə bilər. [ Qeydiyyat | Giriş ]