ELMAR MƏMMƏDYAROV: “ERMƏNİSTANIN MADRİD TƏKLİFLƏRİNİN YENİLƏŞDİRİLMİŞ VARİANTINA MÜNASİBƏTİNİ ÖYRƏNMƏK İSTƏYİRİK” - 4 Марта 2010 - Bakı Strateji Araşdırmalar və Xəbərlər Mərkəzi

Bakı Strateji Araşdırmalar və Xəbərlər  Mərkəzi


Cümə, 09.09.2010, 09:53
 
 
» Menyu
» Giriş Forması
E-mail:
Parol:
» Xəbər Bölmələri
İdman [8]
Qarabag [8]
Mədəniyyət [29]
Siyasət [710]
Kriminal [1]
Diaspora [74]
Müsahibələr [426]
İdealogiya [32]
Tarix [419]
Güney Azərbaycan [84]
» Axtarış
» Təqvim
» Reklamlar
» SAYOKAN


S A Y O K A N
Ön səhifə » 2010 » Mart » 4 » ELMAR MƏMMƏDYAROV: “ERMƏNİSTANIN MADRİD TƏKLİFLƏRİNİN YENİLƏŞDİRİLMİŞ VARİANTINA MÜNASİBƏTİNİ ÖYRƏNMƏK İSTƏYİRİK”
ELMAR MƏMMƏDYAROV: “ERMƏNİSTANIN MADRİD TƏKLİFLƏRİNİN YENİLƏŞDİRİLMİŞ VARİANTINA MÜNASİBƏTİNİ ÖYRƏNMƏK İSTƏYİRİK”
17:43
Xarici işlər naziri Elmar Məmmədyarovun APA-ya eksklüziv müsahibəsi


– Sizin martın 5-də Parisə səfəriniz zamanı Minsk qrupunun həmsədrləri ilə görüşünüzün əsas məqsədi nədir?

– Bildiyiniz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə danışıqlar 2004-cü ildən başlayaraq münaqişənin mərhələli həllini nəzərdə tutan Praqa prosesi çərçivəsində davam etdirilir. Bu proses çərçivəsində 2007-ci ilin noyabrında Madrid şəhərində Minsk qrupunun həmsədr ölkələrinin xarici siyasət idarələrinin başçıları tərəfindən münaqişənin həlli ilə bağlı münaqişə tərəflərinin mövqelərini əks etdirən təkliflər irəli sürülüb. Bu təkliflər danışıqlar prosesinin əsası kimi götürülüb və həmin müddətdən başlayaraq danışıqlar məhz bu təkliflərin ətrafında aparılıb. Son iki il ərzində həmsədrlərin bölgəyə bir çox səfərləri olub, hər iki ölkənin prezidentləri və xarici işlər nazirləri səviyyəsində çoxsaylı görüşlər keçirilib, təkliflərlə bağlı fərqli yanaşmalar üzərində gərgin iş aparılıb. Xatırladım ki, yalnız 2009-cu il ərzində Azərbaycan və Ermənistan prezidentləri 6 dəfə görüşüblər. Bu xüsusda, şəxsən Rusiya Federasiyası prezidenti Dmitri Medvedyevin təşəbbüsü ilə bir neçə dəfə üçtərəfli formatda da görüşlər keçirilib. Nəticədə, Minsk qrupunun həmsədrləri nizamlanmaya münasibətdə Azərbaycan və Ermənistanın mövqelərini əks etdirən yeniləşdirilmiş təkliflərlə bağlı sənəd hazırlayaraq onu münaqişə tərəflərinə təqdim ediblər. Azərbaycan tərəfi sənədi ətraflı təhlil etdikdən sonra onu, bəzi istisnalar olmaqla, prinsipcə qəbul etdiyini bəyan edib.
Ermənistan tərəfinin də sənədin yeniləşdirilmiş variantına münasibətini öyrənmək istəyirik və bu məqsədlə cümə günü – martın 5-də Parisdə Minsk qrupunun həmsədrləri ilə görüşüm olacaq. Dediyim kimi, iki il ərzində həmsədrlərin iştirakı ilə gərgin iş aparılıb və münaqişənin hərtərəfli həlli üçün əsas yaradan sənəd mövcuddur. Mövcud vəziyyət münaqişə ilə bağlı indiki "status-kvo”nun yolverilməzliyini göstərir və münaqişənin tezliklə həllini tələb edir. 10 iyul 2009-cu il tarixində Böyük Səkkizliyin İtaliyanın L’Akuila şəhərində keçirilmiş sammitində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatı, 1 dekabr tarixində ATƏT-in Afina Nazirlər Şurası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri olan Rusiya və Fransa xarici işlər nazirləri və ABŞ dövlət katibinin müavininin birgə bəyanatı, Aİ-nin sədri qismində İspaniyanın xarici işlər naziri Miqel Anhel Moratinosun regiona səfəri vaxtı açıqlaması, habelə müxtəlif ölkələrin rəsmilərinin, beynəlxalq və regional təşkilatların mövqeləri də beynəlxalq ictimaiyyətin bu münaqişənin tezliklə həllində maraqlı və israrlı olduğunu nümayiş etdirir.

– Ermənistan rəhbərliyinin açıqlamalarında Ermənistan-Türkiyə protokollarının ratifikasiyası və sərhədlərinin açılması üçün hər hansı şərtin irəli sürülməsinin yolverilməzliyi bəyan edilir. Bu məsələ ilə bağlı fikrinizi bilmək istərdik...

– Məsələ ilə bağlı mövqeyimizi dəfələrlə səsləndirmişik. Azərbaycan başqa ölkələrin daxili işlərinə və dövlətlər arasındakı münasibətlərə müdaxilə etməmək siyasəti yürüdür. Lakin məlumdur ki, Türkiyə Ermənistanla sərhədlərini Azərbaycan ərazilərinin işğalına etiraz olaraq bağlayıb və bu işğal faktı hələ də davam edir. Buradan belə bir məntiqi nəticə çıxır ki, əgər Ermənistan Türkiyə ilə sərhədlərinin açılmasını istəyirsə, sərhədlərin bağlanılmasının səbəbi olan Azərbaycan ərazilərinin işğalına son qoymalı, öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxartmalıdır. Bu fikirlər dəfələrlə Türkiyə rəsmiləri tərəfindən də səsləndirilib və bu mövqeyi biz tam uyğun hesab edirik. Eyni zamanda, Minsk qrupunun həmsədrləri tərəfindən münaqişə tərəflərinin mövqeləri əsasında tərtib olunmuş son təkliflər də münaqişənin nizamlanması çərçivəsində regiondakı bütün kommunikasiyaların açılmasını nəzərdə tutur. Deməli, münaqişənin həlli regionda nəinki yalnız Ermənistan-Türkiyə sərhədlərinin, bütün sərhədlərin və kommunikasiyaların açılmasına, infrastrukturun bərpasına, iqtisadiyyatların inteqrasiyasına və ümumilikdə regionun çiçəklənməsinə və rifahına gətirib çıxaracaq. Bunun üçün ilk növbədə Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı və azərbaycanlı məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar.


Kateqoriya: Diaspora | Baxılanlar: 101 | Əlavə edən: admin | Reytinq: 0.0/0 |
Şərhlərin cəmi: 0
Şərhi ancaq qeydiyyatdan keçmiş uzerlər verə bilər.
[ Qeydiyyat | Giriş ]
» Mesaj
» Xəbər Arxivii
» Sorgu
Hansı Strateji Mərkəz çox fəaldı ?
Cəmi şərhlər: 315
» Dost Saytlar
» Statistika

Onlinedə cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
www.sayokan-az.com © 2010Бесплатный хостинг uCoz