Nofəl Ədalət yazar
"Ən qorxunc vəziyyətdə olan minlərlə
erməni görmüşəm. Lakin o qədər qabardılan "Türk vəşiliyi” heç harda mənə rast
gəlməyib"
İnsanlar yalana inandıqca həqiqətin varlığıda
yox olur. Bu tip yalanlar bəzən elə bir zirvəyə yüksəlirki sonradan onun yalan
olduğunu subut etmək çətin bir maniə olaraq qarşımızı kəsir. İllər ,
əsirlər boyu insanlar bu sayaq maniyələrlə üz-üzə qalsada bunların arasında
yalanın ayaq tutmasına da rəvac verənləri tapılıb. Bəlkədə bütöv bir
xalqı suçlu hesab etmək beynəlxalq arena üçün doğru səslənməz , lakin mən yalan
söyləmək niyətindən uzağam və fərziyələri həqiqət kimi xeyrimizə olsa belə
söyləmək niyətində deyiləm. Odur ki , seçdiyimiz mövzunu şahidlərin qeydləri
ilə sizin ixtiyarınıza təqdim edirəm. Mən sadəcə burada bir vasitə rolunda
çıxış edərək öz vətəndaşlıq borcumu yerinə gətirdim. Hislərə qapılaraq
işlətdiyim bəzi kəsgin ifadələrin yaranmasıda yalanın həqiqət üstündə az qala
qələbə çalmasını qəbul edə bilməməyimdir. Dünyanı daha çox
yalanları ilə heyrətləndirə ermənilər öz millli kimliklərindən tutmuş digər
məsələlərə kimi nə varsa saxta qeydlər üstündə qurub və qurmaqda davam
etdirirlər.Bu üzdən iraqların yalanlarınasa bir sıra dövlətlər özlərinə sərf
edən tərəfdən yanaşaraq , məqsədləri naminə erməni kartından məharətlə istifadə
edirlər. Bu sayaq dövlətlərdən olan Fransa, Rusya, ABŞ, və .s. bu kimi
dövlətlərin maraqları bəllidir: 1. Xiristan
təsübkeşliyi.2. Vahid
türk , müsəlman xətti üzərində qeyri türk və müsəlman olan bir separatçı , adı
müstəqil lakin müstəqil siyasət yürüdə bilməyən bir dövlətin saxlanması və
məqsədlərinə bu dövlətçik vasdəsi ilə çatmaq. Bu səbəbdən dünya ictimayəti
tərəfindən tez – tez gündəmə gələn "erməni soyqrım” məsələsinə işıq tutmağa
çalışaq və 1915-ci il hadısələrinin kökünə o zamanki rus və avropa
diplamatlarının gözü ilə nəzər yetirək, bəlkə nələrsə bizim üçündə
aydınlaşdı. İstər çar Rusyasının, istər Sovet iperyasının, istərsədə
Rusya Fedarasyasının Qafqazla, eləcədə, Türküyə ilə bağlı mövqeyi tam
bəllidir. Bu gün ermənilərə açıq və gizli yardlmlar edən rusya 1915 –ci il
hadısələrinin dəsdək və nəfəs verəni olub. Çar Rusyasının Osmanlı
Türküyəsindəki konsulu Mayeviski Türküyədə özbaşınalıq edən ermənilərin Rus
silahları ilə silahlandlqlarınlı açıq şəkildə öz xatirələrində göstərərək
yazır: "Bu
ərazilərdə erməni özbaşınalığı o həddə çatıb ki, qadınlar, uşaqlar belə qətlə
yetirilir, ecvlər dağıdılır , yağmalanır, qarət edilir”.
Ermənilərin 1895-96-cı illərdə törətdikləri qətilyamlara , nəinki Rusya,
İngiltəerə, ABŞ, eləcədə Fransa xusisi köməklik göstərmişdir.Türküyədə fransız
elçisi Koban erməni terrorçularının hazırlanmasında şəxsən iştirak etmiş,
dövlətinin çirkin əməllərini ermənilərin əliylə həyata keçirməyi məqsədə uyğun
saymışdır. Mayeviskinin qeydlərinə əsaslansaq o zaman türküyədə həbs edilən
erməni quldurları Avrıpa ölkələrinin təkidi ilə azad edilərək fransaya
aparılaraq yenidən Türküyə ərazisinə gətirilir yeni cinayəıtlərin törədilməsinə
şərait yaradılırdı. Bu gün dünyaya "demakratya” dərsi verən Amerka 1895-96-cı illərdən
başlayan erməni özbaşınalığının təşkilatçılarından biri olub. Tarixi faktlar
göstərir ki, Amerka bu məsələlərdə digər "erməni qardaşlarını” qabaqlayaraq
ermənilərə daha çox dəstək verməyə çalışıb. 1896- cı ildə dövlət səviyəsində
Amerkadan Türküyəyə göndərilən, öz dövrü üçün müəyyən nifuz sahibi olan Doktor
Reynald 1896-cı ilin iyun ayının 6-da Van şəhərində erməni quldur dəstələri
olan "Qancaq”, "Darşok” və "Ermənistan” quldur düşərgələrində olmuş , onlara
lazimi təlimatlar vermişdir. Doktor Reynaldın həmin düşərgələrdə olduğu
mütdətdə yüzlərlə Türk – Müsəlman qadını, uşağı onun gözləri qarşısında
vəşicəsinə qətlə yetirilmişdir. Yuxarda
gösdərildiyi kimi bu məsəllərdə Fransanında mühüm rolu olub. 1896-cı ilin avqust ayının
14 də saat 12 radələrində "Daşnaqsutunun” quldur dəstələri Fransa səfirliyinin
dəstəyi ilə Osmanlı bankını tutmuş , hərbi müdaxilənin olacağını görən səfirlik
25 erməni quldurunun həbs olunmalarının qarşısını almaq və öz cinayətlərini
pərdələmək məəqsədi ilə, güya erməni quldurları ilə danışıq aparacağıq adı ilə
banga gələrək onları özləri ilə təhlükəsizlik şəraitində dəniz limanına
gətirmişlər. Fransızların himayəsi ilə canlarını qurtaran bu quldurlar elə
onların gəmisi olan "Jranda”ya mindirilərək Fransanın lberal zonası olan
marselə göndərilir və burada sərbəst buraxılaraq yenidən Türküyəyə
qayıtmalarına şərait yaradılır. Bu
hadisədən bir il əvvəl , 1895-ci ilin sentiyabırında ingilis vitse-konsulu C.M. Halovordun köməkliyi
ilə Türküyədən iran
ərazisinə keçən ermənilər sərhəd kəndlərində kütləvi qırğınlar törədirlər .
Halovordun dəstəyi ilə törədilən bu qırğınlar məlum səbəblərdən sonralar qələmə
aldığı "Göy kitabında” yer almır. Xatırladım ki, bu kitab Halovordun xatırələr
toplusudur və Türküyə ilə bağlı bir söra məsələlər bu kitabda öz əksini
tapıb. Sentiyabr qətilyamını törədən ermənilərsə 1895-ci ilin iyul ayının
11-də avropa ölkələrinin təkidi ilə Türküyə tərəfindən azadlığa buraxılan
ermənilər idi. 1895-ci ilin axırına kimi
Türküyədə vitse-konsul vəzifəsində calışan ingilis diplamatı Alvartda digər
avropalı diplamatlardan geri qalmamış ermənilərə hər tərəfli yardım etmişdir.
Alvartın ermənilərə açıq dəsdək verməsini pərdələmək məqsədi ilə rəsmi London 1895-ci ilin
axırlarında Alvartı Vilyamsla əvəz edir. Bununla London erməni quldurlarına
açıq dəstəyi arxa plana keçirir və onlara gizlin maddi dəstək verməyə
başlayır. Buna baxmayaraq Londonun rəsmi dəstək tirbunası boş qalmır, onların
yerini Amerka tutur. 1895-ci ilin deklabırından Amerkadaan hərtərəfli dəstək
alan erməni quldurları Vanda özbaşınalıqlarını bir qədərdə genişləndirirlər. Erməni
quldurları, nənki türkləri və müsəlman xalıqlarını, eləcədə onların qəddarlığı
ilə barışmayan erməniləridə öldürürdülər. İsdinad etdiyimiz mənbədə gösdərilir
ki, 1896-cı ilin yanvar ayının 6-da erməni yepiskopu Boqaz ermənilərin özləri
tərəfindən güllənib. Ermənilər bu gün birvaxt özlərinin özlərinə qarşıda yönəldikləri
silahın tətiyində bizlərin olduğunu subut etməyə çalışırlar , birçox yerlərdəsə
buna müvəfəqdə olurlar. Bu baxımdan avropalı diplamatlarının o zamanki
qeyidlərinə baxmaq yəqin ki maraqlı olardı. ABŞ –nın vitse – konsulu Vilyamısın 1896-ci il 15 may
raportunda göstərilir: "Son
həfdə ərzində ermənilər kürdlərə iki dəfə hicum ediblər və hər iki hadisə
qətillərlə nəticələnib. Öldürülənlərin cəsədləri ermənilər tərəfində tanınmaz
hala salınıb...” Vilyams digər bir qeydində yazır: " İyun ayının 2-dən 3-nə
keçən gecə ermənilər türk zabitlərindən ibarət gözətçi dəsdəsinə hicum
ediblər... Sonra ermənilər onlara maddı yardım etməkdən boyun qaçıran erməni
bankirini qətlə yetiriblər”. 1901-ci ildə
fəallaşan Andranikin quldur dəstələri Türküyədə daha dəşətli və amansız
qırğınlara başladılar. Onlar qadınları, uşaqları diri-diri odda yandırır, hətta
ölmüş insanların cəsədlərini eybəcər hala salırdılar ki, əhali icərisində qorxu
yaransın. ( Bu quldurların bu cür iyrəncliklərini biz Qarabağda xususi
ilə Xocalı faciyəsində bir daha gördük N.Ə ) Ermənilərin bu
özbaşınalıqları səbəbindən 1915-ci hil hadisələri meydana çıxdı.Türküyənin bu
qanlı qırğınlara son qoymaq səbəbindən atdığı hər hansı bir addımı soyqrm
adlandırmaq cəfəngiyyatdan başqa bir şey deyil. əsrin əvvələrində
Türküyə ərazisində davam gətirməyən erməni quldurlar Cənubu Qafqaza soxuldular
və bu ərazidə dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq 100
minlərlə insan qətlə yetrildi. Erməni quldurları Cənubu Qafqazda 100 min
azərbaycan türkü ilə yanaşı, 22 min ləzgi, 17, min Kürd, 6 min dağ yahudisini
qətilə yetirməklə ən böyük qətilyama imza atdılar. Erməni "soyqrım”
məsələsini qabardan avropa ölkələri öz dövlət arxivlərini qaldırsalar kimin
soyqrıma məruz qaldınığını dəqiqləşdirərlər. Fıransız
elçisi Kambonun raportundan çıxarış. " 1891-ci il.
Londonda ermənilər yaxşı sığınacaq taptılar.Qladiator Kabineti narazı
erməniləri topladı, onları quruplaşdırdı,vəd verdi. Həmin vaxtan təbliğat
komitəsi Londonda yerləşdi...Onların işlərini yerdəki komitələr həyata keçirdi...” Komitələrinsə həyata keçirdiyi siyasət Türküyədə və Cənubu Qafqazda
digər erməni mənşəlli əhalinin qətlə yetrilməsi idi. Rus elçisi Mayevski
xatirələrində yazır: "Əgər Türklər qəzet və jurnal səifələrində təsvir edildikləri kimi
olsaydılar , bu gün burada xiristianların yaşaması mümkün olmazdı. Ən qorxunc
vəziyyətdə olan minlərlə erməni görmüşəm. Lakin o qədər qabardılan "Türk
vəşiliyinə” hüç harda mənə rast gəlməyib. Indi isə mən o inamla yaşayıram
ki, vəşilik etməyə türklər yox , daha çox vəşiliklərini bu böhtan vasitəsi ilə
pərdələyən şərq xiristianları qadirdilər”.
|