İKİli standartlı dünya BİRliyi? - 14 Марта 2010 - Bakı Strateji Araşdırmalar və Xəbərlər Mərkəzi

Bakı Strateji Araşdırmalar və Xəbərlər  Mərkəzi


Cümə, 09.09.2010, 10:11
 
 
» Menyu
» Giriş Forması
E-mail:
Parol:
» Xəbər Bölmələri
İdman [8]
Qarabag [8]
Mədəniyyət [29]
Siyasət [710]
Kriminal [1]
Diaspora [74]
Müsahibələr [426]
İdealogiya [32]
Tarix [419]
Güney Azərbaycan [84]
» Axtarış
» Təqvim
» Reklamlar
» SAYOKAN


S A Y O K A N
Ön səhifə » 2010 » Mart » 14 » İKİli standartlı dünya BİRliyi?
İKİli standartlı dünya BİRliyi?
15:15
Elcin  Bayramlı
Altay Strateji Araşdırmalar Mərkəzinin (ASAM) başqanı


BMT-nin Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı qətnamələri niyə yerinə yetirilmir?

II Dünya Müharibəsi başa çatdıqda dünyanın nə qədər böyük fəlakətə məruz qaldığı məlum oldu. Müharibənin vurduğu zərbənin dünya ölkələrinə və xalqlarına təsiri o qədər dəhşətli idi ki, bunun nəticələrini aradan qaldırmaq üçün bir neçə onillik lazım gəldi. Nəhayət dünya birliyinin yaranması və beynəlxalq bir təşkilatın dünyada bütün prosesləri sülh yolu ilə tənzimlənməsinə olan ehtiyac ortaya çıxmışdı.

BMT haqda qanun 1945-ci il aprel ayının 25-26-da San Fransiskoda keçirilən Beynəlxalq təşkilat yaratmaq üçün Birləşmiş Millətlər konfransında razılaşdırıldı. Bu konfransın keçirilməsi isə 1944-cü ildə Çin, SSRİ, Böyük Britaniya və Birləşmiş Ştatlar tərəfindən Dumbarton-Ouksda qərara alınmışdı. 

Sənəd 1945-ci ilin 26 iyununda imzalandı. Beləliklə, 1945-ci ilin oktyabrında BMT-nin yaranması haqqında qanun qüvvəyə mindi. Qanun Çin, Fransa, Sovet İttifaqı, Böyük Britaniya, Birləşmiş Ştatlar və digər dövlətlər tərəfindən imzalandı.

Zaman keçdikcə, BMT-nin fəaliyyəti dünyada sülhün təminatından, insan hüquqlarının qorunmasından, təbiətin mühafizəsindən tutmuş çox fərqli sahələri əhatə etməyə başladı. Təşkilatın qəbul etdiyi qətnamələr üzv ölkələr tərəfindən məcburi sayılır.

Lakin son zamanlar bəzi qətnamələrin yerinə yetirilməməsi təşkilatın dünyada nüfuzunun azalması və bu qətnamələrin yerinə yetirilməsini təmin etməli olan Təhlükəsizlik Şurasının üzvləri olan böyük dövlətlərin dünya ölkələrinə münasibətdə yeritdikləri ikili standartların tətbiqi ilə bağlı ortada faktlar var. İkili standartlar prinpisi ilə yanaşılan ölkələrdən biri dəAzərbaycandır.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq arenada özünü təsdiq etmək üçün BMT-yə üzv olmaq üçün müraciət etdi. 1992-ci il martın 2-də BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycanın təşkilata üzv olunması haqqında qətnamə qəbul edildi. Nyu-Yorkda- BMT-nin iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın bayrağı qaldırıldi.

BMT-yə üzvlük Azərbaycan dövlətinə öz müstəqilliyini möhkəmləndirmək, Ermənistanın hərbi təcavüzünə qarşı beynəlxalq qanunlardan daha səmərəli istifadə etmək imkanı yaratdı. Ermənistan-Azərbaycan münaqişəsi, Ermənistanın Azərbaycana hərbi təcavüz edərək ərazilərini zor gücünə tutmasının yolverilməzliyi təşkilatda dəfələrlə qaldırıldı.

1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874, 884 nömrəli qətnamələr qəbul etdi. Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edərək, dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara son qoyulması, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması tələblərini irəli sürürdü.

1994-cü ilin sentyabrında BMT Baş Məclisinin 49-cu sessiyasında iştirak edən ulu öndər Heydər Əliyev yüksək tribunadan Azərbaycandakı durum, Ermənistanın təcavüzü barədə dünya ictimaiyyətinə geniş məlumat verdi. Bir il sonra BMT-nin 50 illik yubileyi ilə bağlı Baş Məclisin xüsusi təntənəli sessiyasında ulu öndər Heydər Əliyev Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın mövqeyini açıqlayaraq, dünya ictimayyətini Ermənistanın təcavüzünün dayandırılması üçün tədbirlər görməyə çağırdı.

2004-cü ilin sentyabrında Baş Məclisin 59-cu sessiyasında iştirak edən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT TŞ-nin məlum dörd qətnaməsinin yerinə yetirilmədiyini xatırlatdı. Dövlətimizin başçısı BMT qərarlarının həyata keçirilməsi üçün səmərəli, təsirli mexanizmin əhəmiyyətini qeyd etdi.

Aparılan uğurlu diplomatiyanın nəticəsində ötən il martın 14-də BMT-nin Baş Məclisi "Azərbaycanın işğal edilmiş ərazilərində durum barədə” qətnamə qəbul etdi. Sənəd Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək verir, işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir və məcburi köçkün düşən azərbaycanlıların öz yurdlarına qayıtması üçün müvafiq şəraitin yaradılmasını əks etdirirdi.

Ölkəmizin qurumdakı nümayəndəliyi təşkilatın bütün sessiyalarında Ermənistanı Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlar üzərində hüquqi suverenlik əldə etmək cəhdlərində ittiham edir. Qeyd olunur ki, rəsmi Yerevanı Dağlıq Qarabağı qanunsuz, beynəlxalq hüquq normalarına zidd olaraq silah tətbiq etmək və etnik təmizləmə apararaq ələ keçirib.

Dünya birliyinin nəzərinə çatdırılıb ki, Ermənistan açıq olaraq BMT Təhlükəsizlik Şurası və Baş Assambleyanın müvafiq qətnamələrinə hörmətsizlik göstərir, Azərbaycanın ərazi bütövlüyü tanımaqdan imtina edir, işğal olunmuş ərazilərdə hərbi qüvvələrini saxlamaqla işğalçı niyyətini ortaya qoyur. Bu yanaşma qeyri-konstruktiv və qeyri-realdır. Ermənistanın mövcud siyasəti münaqişənin həllinə xidmət etmir və onun həll olunmamasının əsas səbəbidir.

TŞ üzvlərinin diqqətinə çatdırılıb ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, ölkənin hər 8-ci vətəndaşı məcburi köçkünə çevirib. Rəsmi Yerevan bununla da əsas beynəlxalq hüquq normaları olan ərazi bütövlüyü, hərbi qüvvənin istifadəsini qadağa edən prinsipləri pozub.

Rəsmi Bakı Dağlıq Qarabağın, Azərbaycan çərçivəsində özünü idarəetmə statusunun müəyyən edilməsi üçün bir neçə prinsipial şəraitin yaradılmasını labüd sayıb. Qurumdakı nümayəndəliyimizin yaydığı sənəddə deyilir: "İşğal olunmuş ərazilərdə bu gün mövcud olan reallıqda ərazinin statusunu müəyyən etmək cəhdləri beynəlxalq hüquq normaları, sülh, demokratiya, regionun stabilliyi və əməkdaşlıq ideyalarına ziddir. Dağlıq Qarabağın Azərbaycan çərçivəsində özünü idarəetmə statusu ilə bağlı danışıqlara başlamazdan əvvəl müəyyən əhəmiyyətli addımlar atılmalıdır.

Birincisi və ən vacibi, hərbi işğal faktoru münaqişənin həlli kontekstindən çıxarılmalıdır. Ermənistan işğal olunmuş ərazilərdən hərbi qüvvələrini tam çıxarmalıdır. Ərazilərin qaytarılması prosesinin uzadılması onsuz da mürəkkəb vəziyyətdə olan münaqişənin həllini daha da çətin vəziyyətə sala bilər. İşğal olunmuş ərazilərin azad olunmasından sonra, məcburi köçkünlər rahat və təhlükəsiz şəraitdə Dağlıq Qarabağ və ətraf rayonlara qayıtmalıdırlar. Bundan sonra regionun iqtisadi inkişafına start verilməli və bütün kommunikasiya xətləri açılaraq hər iki tərəfin istifadəsinəverilməlidir".

Ötən il- martın 14-də BMT Baş Assambleyasının 62-ci sessiyasında qəbul olunan "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında" qətnamə layihəsinin 8-ci bəndində nəzərdə tutulub ki, Baş Assambleyanın Baş Katibi quruma həmin qətnamənin həyata keçirilməsi haqqında hesabat təqdim etsin. Azərbaycan tərəfi də bu imkandan istifadə edərək BMT Baş Assambleyasına və Təhlükəsizlik Şurasına 4 hesabat təqdim etdi. 11 səhifəlik hesabatda Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlara hərbi təcavüz edərkən və sonrakı müddətdə beynəlxalq qurumların Azərbaycanın mövqeyinə göstərdiyi dəstək əksini tapıb.

Hesabatda bildirilir ki, işğal altında olan ərazilərdə durum beynəlxalq hüquqda 3 sənədlə tənzimlənir: 1907-ci ildə qəbul olunan "Haaqa Əsasnaməsi", 1949-cu ilin "Müharibə vaxtı mülkü vətəndaşların qorunması haqqında Cenevrə Konvensiyası" və həmin konvensiyaya 1977-ci ildə edilən 1-ci Əlavə Protokol vasitəsi ilə təmin olunur. Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin BMT-yə təqdim etdiyi hesabatda vurğulanıb ki, Ermənistan bu 3 sənədi ratifikasiya edib, ona görə də beynəlxalq hüquq sisteminin üzvüdür.

Hesabatda Ermənistanın beynəlxalq hüquq normasına görə işğalçı olmasını sübut edən faktlar sırasında rəsmi Yerevanın çox istinad etdiyi 1975-ci il Helsinki Yekun Aktından da istinadlar gətirilib. Sənəddə qeyd olunur: "İştirakçı dövlətlər bir-birinin ərazisini işğal etməkdən çəkinməlidir və ya beynəlxalq hüquq normalarına zidd olaraq zor tətbiq etməklə, təhdid etməklə əraziləri işğal etməməlidir. Heç bir işğal və bu tipli torpaq əldə etmək cəhdi qanuni sayılmayacaq".

Ermənistanın Azərbaycan ərazisinin işğal edən dövlət olduğunu sübut edən faktlar sırasında "Human Rights Watch" təşkilatının 1994-cü ildə hazırladığı hesabata, BMT-nin İnsan Haqları və İqtisadi, Sosial Mədəni Hüquqlar Komitələrinin rəsmi sənədlərinə, ABŞ Dövlət Departamentinin illik hesabatlarına, "Freedom House"-un 2006-ci il hesabatına, Beynəlxalq Böhran Qrupunun 2005-ci il hesabatına, Avropa Şurası Parlament Assambleyasının 2005-ci il qətnaməsinə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və Baş Assambleyanın 14 mart 2008 ildə Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı 62/243 saylı qətnaməsinə istinad edilir.

Hesabatın sonunda beynəlxalq hüquq normalarına əsasən, Ermənistanın hərəkətlərinə dair 21 maddədən ibarət öhdəliklər düşdüyü müəyyən olunub. Onların sırasında Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonlarındakı hərəkətlərinin beynəlxalq humanitar hüquq bəndlərinə şamil olunduğu, həmin ərazilər üzərində rəsmi suverenitetin yaradılmasının beynəlxalq hüquqla mümkün olmadığı, itkin düşmüş 4210 Azərbaycan vətəndaşına görə məsuliyyət daşıdığını və hərbi cinayətlərdə iştirak etmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinün mümkünlüyü sübut olunub.

Qeyd edək ki, BMT baş katibinə bu günə kimi İslam Konfransı Təşkilatı, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının, ABŞ Dövlət Departamenti, Rusiya, İran və Türkiyənin xarici işlər nazirliklərinin, Avropa Birliyi, Avropa Şurası, NATO-nun, 1993-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatının Türkiyədə, həmin il ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk konfransı zamanı qurumun sədrinin verdiyi bəyanatlar, orada adı çəkilən qurumların Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşması barədə qəbul olunan qətnamələr təqdim olunub.

Lakin təəssüflər olsun, BMT öz qətnamə və qərarlarının icrasını təmin edə bilmir. TŞ üzvü olan böyük dövlətlər təşkilatın bəzi qərarlarının yerinə yetirilməsində maraqlı görünmürlər. Bu da dünyada hələ də ikili standartların hökm sürdüyünü və bunun qlobal məsələlərə yanaşma kontekstində problem yaratdığını göstərir.

O zaman ortaya bir sual çıxır- əgər beynəlxalq təşkilatlar dünyada haqqı, ədaləti müdafiə edə bilməyəcəklərsə, insane hüquqlarını qoruya bilməyəcəklərsə, öz qərarlarının yerinə yetirilməsini təmin edə builmıəyəcəklərsə, o zaman kimə və nəyə lazımdırlar?! Bu suala cavab verilməsinin vacibliyini artıq bu qurumlar anlamalıdırlar. Əks-təqdirdə "dünya birliyi”, "beynəlxalq hüquq”, "insan haqları” anlayışları öz mahiyyətini itirir.


http://sirab.azersayt.com/blog.html?page=comments&member=altay&newsid=294116
Kateqoriya: Siyasət | Baxılanlar: 91 | Əlavə edən: admin | Reytinq: 5.0/1 |
Şərhlərin cəmi: 0
Şərhi ancaq qeydiyyatdan keçmiş uzerlər verə bilər.
[ Qeydiyyat | Giriş ]
» Mesaj
» Xəbər Arxivii
» Sorgu
Hansı Strateji Mərkəz çox fəaldı ?
Cəmi şərhlər: 315
» Dost Saytlar
» Statistika

Onlinedə cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
www.sayokan-az.com © 2010Бесплатный хостинг uCoz