Lukoil İraq bazarına qayıtdı - 4 Февраля 2010 - Bakı Strateji Araşdırmalar və Xəbərlər Mərkəzi

Bakı Strateji Araşdırmalar və Xəbərlər  Mərkəzi


Cümə, 09.09.2010, 09:52
 
 
» Menyu
» Giriş Forması
E-mail:
Parol:
» Xəbər Bölmələri
İdman [8]
Qarabag [8]
Mədəniyyət [29]
Siyasət [710]
Kriminal [1]
Diaspora [74]
Müsahibələr [426]
İdealogiya [32]
Tarix [419]
Güney Azərbaycan [84]
» Axtarış
» Təqvim
«  Fevral 2010  »
B-eÇərÇ.aCümC.aŞənBaz
1234567
891011121314
15161718192021
22232425262728
» Reklamlar
» SAYOKAN


S A Y O K A N
Ön səhifə » 2010 » Fevral » 4 » Lukoil İraq bazarına qayıtdı
Lukoil İraq bazarına qayıtdı
21:36


Rusiyanın "Lukoil” neft şirkəti yanvarın 31-də imzaladığı müqavilə ilə İraqda neft çıxartma fəaliyyətini rəsmiləşdirdi. "Lukoil”dən verilən mətbuat açıqlamasında şirkətin prezidenti Vahid Ələkbərovun Bağdad səfərində imzalanan müqavilə ilə İraqın "Qərbi Kurna-2” yatağında kəşfiyyat və neft çıxartma fəaliyyətlərinə başlanacağı bildirilib. Xatırladaq ki, 2009-cu ilin dekabrında Lukoil və Norveç şirkəti Statoildan ibarət konsorsiyum hələ 1973-cü ildə Sovet geoloqları tərəfindən kəşf edilən bu yataq üçün keçirilən tenderdə barreli 1,15 $-dan günlük 1,8 milyon barrel təkliflə qalib gəlib. İraq hükuməti tərəfindən də təsdiqlənərək rəsmiləşməsi üçün lazımı olan son mərhələni də keçən müqavilənin tərəfləri 25 faiz hissə ilə İraq dövləti (South Oil Company və North Oil Company ortaqlığı), 56,25 faizlə Lukoil və 18,75-lə Statoildir. 20 illiyinə imzalanan müqavilənin 5 il müddətə uzadılması imkanı var.

Yatağa qoyulması düşünülüən təxminən 30 milyard dollarlıq investisyanın mühüm bir hissəsi Rusiya şirkəti tərəfindən qoyulacaq. Belə ki, Lukoil yatağa 2010-cu ildə 300 milyon olmaq üzrə yaxın 4-5 ildə 4,5 milyard dollar xərcləməyi nəzərdə tutur. Müqaviləyə görə, "Qərbi Kurna-2” yatağında fəaliyyətlərə 2011-ci ildə başlanacaq və ilk neft 2012-ci ilin sonunda çıxarılacaq. Yatağın 2017-ci ildə maksimum hədd kimi illik 90 milyon ton neft verməsi nəzərdə tutulur. Umimilikdə "Qərbi Kurna-2” yatağının neft ehtiyatlarının təxminən 13 milyard barrel olduğu hesaplanır.
Lukoilun imzaladığı bu müqavilə Rusiya enerji şirkətlərinin İraq bazarına qayıtmasının mühüm bir nümunəsidir. Xatırladaq ki, Lukoil hələ Səddam Hüseyin hakimiyyəti zamanında "Qərbi Kurna-2” yatağının birinci fazasında iştirak etmişdi. Rus şirkəti Səddam Hüseyin rejimi ilə bu yatağının iki fazasında iştirak üçün müqavilə imzalasa da, bu razılaşma 2002-ci ildə dondurulmuşdur. Bu proseslərdən sonra başlayan İraq savaşı və sonrasında bu ölkəni işgal edən ABŞ-ın mövqeyi həm Lukoil, həm də digər Rus enerji şikətlərinin İraq enerji bazarında qayıtmasına imkan verməmişdir. Lukoil yendiən İraq bazarına dönüşü mövcud siyasi və iqtisadi şərtlərin bir sonucudr. Belə ki, Obama hakimiyyətinin Buşla müqayisədə Rusiya ilə daha yaxın münasibətlər qurması və Strateji Silahlar Müqaviləsi, Əfqanistan və İran kimi məsələlərdə bu ölkənin dəstəyinə ehtiyac duyması bir amil kimi qiymətləndiriləbilər. İkincisi, ABŞ höküməti İraqdan çəkilməsindən sonra bu ölkədə sabitliyin təmini üçün mühüm beynəlxalq oyunçu kimi Rusiyanın maraqlı olmasını istəyir və çərçivədə Rus enerji şirkətlərinin müqavilələri güclü bir amil kimi xarakterizə edilə bilər. Üçüncü olaraq, İraq höküməti də ABŞ-ın çəkilməsi sonrası beynəlxalq və bölgəsəl tarazlığa uyğunlaşmaya çalışmaqdadır. İraq hökumətinin bu cəhdindən iqtisadi baxımdan neft istehsalını artıraraq, bu sahədəki əsas rəqibi kimi gördüyü Səudiyyə Ərəbistanına çatmaq da mühüm bir amil sayıla bilər. Dördüncü olaraq, son dövrlədə Rusiya ilə münasibətlərində "qış buzlanması” yaranan İranı da unutmamaq lazım. Rəsmi Tehran İraqdakı Şiələr üzərindən Rusiya ilə münasibətlərindəki problemləri həll etməyi seçmiş ola bilər. Bu baxımdan İraq Şiələrinin hakim olduğu İrak hökümətinin yenə Şiə bölgəsi kimi bilinən ölkənin cənubundakı büyük liman şəhəri Bəsrənin 65 km-liyində yerləşən yatağın istismarını Rus şirkətinə verməsi də təsadüf sayılmamalıdır.

Kateqoriya: Siyasət | Baxılanlar: 190 | Əlavə edən: admin | Reytinq: 0.0/0 |
Şərhlərin cəmi: 0
Şərhi ancaq qeydiyyatdan keçmiş uzerlər verə bilər.
[ Qeydiyyat | Giriş ]
» Mesaj
» Xəbər Arxivii
» Sorgu
Hansı Strateji Mərkəz çox fəaldı ?
Cəmi şərhlər: 315
» Dost Saytlar
» Statistika

Onlinedə cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
www.sayokan-az.com © 2010Бесплатный хостинг uCoz