MÜBARİZ ƏHMƏDOĞLU: “RƏSMİ BAKI ƏVVƏLDƏN BƏYAN ETMİŞDİ...” - 4 Февраля 2010 - Bakı Strateji Araşdırmalar və Xəbərlər Mərkəzi

Bakı Strateji Araşdırmalar və Xəbərlər  Mərkəzi


Cümə, 09.09.2010, 09:46
 
 
» Menyu
» Giriş Forması
E-mail:
Parol:
» Xəbər Bölmələri
İdman [8]
Qarabag [8]
Mədəniyyət [29]
Siyasət [710]
Kriminal [1]
Diaspora [74]
Müsahibələr [426]
İdealogiya [32]
Tarix [419]
Güney Azərbaycan [84]
» Axtarış
» Təqvim
«  Fevral 2010  »
B-eÇərÇ.aCümC.aŞənBaz
1234567
891011121314
15161718192021
22232425262728
» Reklamlar
» SAYOKAN


S A Y O K A N
Ön səhifə » 2010 » Fevral » 4 » MÜBARİZ ƏHMƏDOĞLU: “RƏSMİ BAKI ƏVVƏLDƏN BƏYAN ETMİŞDİ...”
MÜBARİZ ƏHMƏDOĞLU: “RƏSMİ BAKI ƏVVƏLDƏN BƏYAN ETMİŞDİ...”
21:06

Siyasi İnnovasiya və Texnologiya Mərkəzi (SİTM) yanvar ayında beynəlxalq və regional aləmdə baş verən ictimai-siyasi proseslərin yekunlarına dair hesabatını açıqlayıb. Fevralın 4-də hesabatı təqdim edən SİTM sədri Mübariz Əhmədoğlu Ermənistan ətrafında cərəyan edən hadisələrin təhlilinə daha geniş yer ayırıb.
Politoloq bildirib ki, Türkiyə ilə münasibətlərin normallaşdırılması və sərhədlərin açılması ilə bağlı Sürix protokollarının Ermənistan Konstitusiya Məhkəməsində müzakirəsi və qəbul olunan qərar yeni situasiya yaradıb: "Əslində, Ermənistan rəsmiləri hadisələrin bu cür inkişaf edəcəyini bilirdilər. Xarici işlər naziri Edvard Nalbandyan yanvarın 12-də Yerevanda Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarı hələ oktyabrın 10-da Sürixdə protokola yazmaq istəyirdi. Hətta o, imzalanma mərasimindəki bəyanatında bu fikirləri səsləndirməliydi. Amma Rusiya və ABŞ-ın "imzala, çıx get" mesajından sonra Ermənistanın rəsmi mövqeyinin açıqlanması yanvarın 12-nə qaldı".
SİTM sədrinin sözlərinə görə, Ermənistan protokolların imzalandığı ərəfədə və imzalanma mərasimindən sonra xeyli qazanc əldə edib: "Dünya maliyyə böhranı dövründə Ermənistan külli miqdarda kredit cəlb edə bildi. Müstəqil olduğu 17 il ərzində cəmi 1.7 milyard dollar kredit cəlb edə bilmiş Ermənistan 2-3 ay ərzində Beynəlxalq Valyuta Fondundan 823 milyon, Dünya Bankından 545 milyon, Rusiyadan 500 milyon dollar kredit aldı. Asiya İnkişaf Bankından 500 milyon dollarlıq kreditin alınması ilə bağlı razılıq əldə olundu. Ötən müddət ərzində Ermənistan Avrasiya İnkişaf Bankına 500 milyon dollarlıq həcmində 8 biznes-layihə təqdim edib".
M.Əhmədoğlu vurğulayıb ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı diplomatik səylərin artmasına məhəl qoymayaraq tərəflər arasında hər hansı sənədin imzalanmasına imkan verməyib: "Ermənistan tarixən müxtəlif dövlətlər arasındakı ədavətdən faydalanmağa çalışıb. Rəsmilər Türkiyə ilə münasibətlərin yumşalmasından dəm vursalar da, bu dövr ərzində Türkiyə rəsmləri ilə təmasdan yayınıblar. Rəsmi Yerevan Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində iştirakına imkan vermədi.
Təsəvvür edin ki, belə həssas məqamda Ermənistanda rus-türk müharibələrində həlak olmuş 156 zabitin xatirəsinə abidə ucaltmaqla bağlı qərar qəbul olunub. Vəziyyət o həddə çatıb ki, Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan danışıqların əvvəldən başqa istiqamətdə getdiyini etiraf etmək məcburiyyətində qalıb. Amma Ərdoğan bir neçə ay əvvəl Türkiyənin rəsmi mövqeyi ilə razılaşmayan adamları, xüsusilə də Azərbaycandan olan bəzi qüvvələri fitnəkarlıqda suçlayırdı. Halbuki rəsmi Bakı əvvəldən bəyan etmişdi ki, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq niyyətində deyil. Ermənistanın məqsədi nəyin bahasına olursa-olsun Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmaqdır".

«Media forum»

Kateqoriya: Siyasət | Baxılanlar: 162 | Əlavə edən: admin | Reytinq: 0.0/0 |
Şərhlərin cəmi: 0
Şərhi ancaq qeydiyyatdan keçmiş uzerlər verə bilər.
[ Qeydiyyat | Giriş ]
» Mesaj
» Xəbər Arxivii
» Sorgu
Hansı Strateji Mərkəz çox fəaldı ?
Cəmi şərhlər: 315
» Dost Saytlar
» Statistika

Onlinedə cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
www.sayokan-az.com © 2010Бесплатный хостинг uCoz