Böyük Rəsuloğlu
Sayın B.Binyaz ( Daryuş) adında hörmətli
bir yazarın, öyrənci sitəsindəki " Ərazi bütövlüyünün qorunması və İranın
siyasi partiyaları” başlığı altındakı Farsca yazını oxurkən, bəzi çəlişgilərin
gözə çarpdığı görünməkdədir. Özəlliklə " milli müqəddərati təyin " məsələsi ilə
ölkələrin ərazi bütövlüyü prensibi arasındakı anlayışın ayırd edilməsi, hüquq
dilinin çətinliyi ilə birlikdə qılıq təzadları nəticəsində daha da çətinləşir.
Həm bu məsələyə azda olsa aydınlıq gətirmək,
həmdə o ölkədə yaşayan millətlərin qurumlarının, bəzən beynalxalq hüquq çərçivəsindəki
fikir qaynaqlarının varlığını sayın yazara və millətimizə bildirməyi vacib
saydım.
Məsələyə aydınlıq gətirmək üçün " Güney Azərbaycan
Milli Birlik Şurası” nın əsasnaməsindən faydalanmaq uygun görülmüşdür. Həmən
artırmalıyam ki " Birləşmiş Millətlər Təşkilatının” Bakı və Ankara ofislərindən alınmış bu sənədlərin
dili ağır və bəzən anlaşılmazdır. Ancaq, rəsmi sənədlər olduqlarına görə əl gəzdirmədən
əsasnamənin əlavələr bölümndə yerləşdirilmişdir, azcacıq səbir və diqqətlə
oxunduğunda, məna və məfhumu anlamaq asanlaşacaqdır. Bu açıqlama əsasnamənin
çeşitli bölmə və maddələrindən eynən götürüldüyünə görə sıralar çarpaşıqdır.
Bütün bunlara baxmıyaraq " Milli müqəddəratı təyin” bəyannaməsinin təhlilində,
Prof.Dr. Tom Haddeji, BMT-nin bu barədəki bütün müzakirə və bildirşlərini də
göz önündə tutduğuna görə dəyərli yolbayı olduğuna inanmaqdayam.
Dərin hörmətlərimlə : Böyük Rəsuloğlu 28.01.2010
……………………………………………………………………
1.1.1.1
Hədəf
Əsas məsələ Cənubi Azərbaycanda
milli müqəddəratımızı təyin etməkdir.
Hər fərd və təşkilat müstəqil
olaraq öz ideolojik məqsədinə çatmaq uğrunda fəaliyyətlə bərabər aşağıdakı
mekanizmin Cənubi Azərbaycanda yerinə yetirilməsi üçün "Milli Şura”da fəaliyyət
göstərir. Bu gedişat öz həllini tapdıqdan sonar stəyənlər ondan ayrıla bilərlər
və ya bu əsasnaməni dəyişdirə bilərlər.
Bunun üçün nizamnamədə göstərilən üsul uyğulanar.
BMT-nin təriflərinə əsasən, Cənubi
azərbaycanlılar bir millət kimi qəbul edilir və öz müqəddəratını təyin etmə
hüququ var. Bu qavramları anlamaq üçün Əlavə 2-də BMT-nin bəyannamələrinin
Kembric (Cambridge)
üniversitəsinin üstadı Pröf.Dr. Tom
Haddeji tərəfindən hazırlanmış
raportun xülasəsi təqdim edilmişdir.
Göründüyü kimi, hər bir millət öz müqəddəratını təyin edərkən müstəqil
(bağımsız) başqa bir dövlətlə bərabər hüquqlu yaşamaq (federasiyon) və ya hər
hansı bir ölkə ilə birgə və vahid dövlət tərkibində idarə oluna bilər. Ancaq Cənubi
Azərbaycandakı assimilasiyon siyasəti nəticəsində ortaya çıxmış acınacaqlı vəziyyət millətin həqiqi milli varlığının ona
tanıtdırılması üçün refrandoma hazırlıq
mərhələsi lazımdır.
1.2
Əlavələr:
1.2.1 Əlavə - 1
İQTİSADİ,
SOSİAL VƏ MƏDƏNİ HÜQUQLAR HAQQINDA BEYNƏLXALQ PAKTIN ƏSAS MÜDDƏALARI
Maddə 1: Öz
müqəddəratını təyin etmə
Bütün
xalqlar öz müqəddəratını təyin etmə hüququna malikdir. Bu hüquq əsasında onlar
azad şəkildə öz siyasi statuslarını müəyyənləşdirir, iqtisadi, sosial və mədəni
inkişaflarını təmin edirlər.
Bütün
xalqlar öz məqsədlərinə nail olmaq üçün qarşılıqlı mənfəət prinsipinə əsaslanan
beynəlxalq iqtisadi əməkdaşlıqdan və beynəlxalq hüquqdan irəli gələn hər hansı
öhdəliklərə zərər vurmadan öz təbii sərvət və ehtiyatlarından azad şəkildə
istifadə etmək hüququna malikdirlər. Heç bir xalq heç bir halda ona məxsus
yaşayış vasitələrindən məhrum edilə bilməz.
Hazırkı
paktda iştirak edən bütün dövlətlər, o cümlədən özünüidarə olunmayan və qəyyumluq
altında olan ərazilərin idarə olunmasına görə məsuliyyət daşıyan dövlətlər Birləşmiş
Millətlər Təşkilati Nizamnaməsinin müddəalarına uyğun olaraq öz müqəddəratını təyin
etmə hüququnun həyata keçirilməsinə yardım etməli və bu hüquqa hörmət etməlidir.
Paktın
1-ci maddəsinin ifadəsi Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın
1-ci maddəsinin ifadəsi ilə bütövlükdə üst-üstə düşür. Hər iki pakt üçün ümumi
olan 1-ci maddədə ifadə olunan öz müqəddəratını təyin etmə prinsipləri xüsusi əhəmiyyət
kəsb edir, çünki həmin hüququn həyata keçirilməsi şəxslərin insan hüquqlarına səmərəli
hörmət və riayət etmənin əsas ilkin şərti olaraq insan hüquqlarının müdafiəsinin
təmin edilməsi və müdafiə tədbirlərin gücləndirilməsi işində mərkəzi yer tütür.
1945-ci
ildə Birləşmiş Millətlər Təşkilatı yaradıldığı andan başlayaraq, xüsusilə müstəqillik,
qarışımama, demokratiya kimi mövzuların müzakirəsində, beynəlxalq ictimaiyyət,
beynəlxalq hüquq sistemində mərkəzi yer tutan öz müqəddəratını təyin etmə
hüququna ilk növbədə diqqət yetirmişdir. Həm daxili, həm də xarici istiqaməti
olan həmin hüquq, keçmiş müstəmləkələrdən və işğal edilmiş ölkələrdən başqa, bu
və digər dövlətlərdə bəzi qrupların daha çox onun iddiasında olması üzündən son
illər müəyyən mübahisələrə səbəb olur.
Xalqların
iqtisadi, sosial və mədəni inkişaflarını azad şəkildə təmin hüququ, Paktda müəyyən
edilmiş hüquqlar kontekstində iqtisadi, sosyal və mədəni fəaliyyəti həyata
keçirmək azadlığını ehtiva edir.
Maddə 2: İştirakçı dövlətlərin öhdəlikləri
Hazırkı
Paktda iştirak edən hər bir dövlət fərdi şəkildə və beynəlxalq, o cümlədən
iqtisadi və texniki sahələrdə yardım və əməkdaşlıq qaydasında bütün lazımi
vasitələr, o cümlədən, xüsusilə qanunvericilik tədbirlərin görülməsi ilə
hazırkı Paktda nəzərdə tutulan hüquqların tədriclə tam şəkildə həyata keçirilməsini
təmin etmək üçün mövcud ehtiyatlarını maksimum səviyyəsində tədbirlərin həyata
keçirilməsi öhdəliyini üzərinə götürür.
Hazırkı
Paktda iştirak edən dövlətlər, hazırkı Paktda bəyan edilmiş hüquqların irqi, dərinin
rəngi, dil, din, siyasi, və digər əqidə, milli və sosial mənşə, əmlak vəziyyəti,
doğum və s. əlamətlər əsasında ayrı-seçkiliyə yol verilmədən həyata keçirilməsini
öhdələrinə götürürlər.
İnkişaf
etməkdə olan ölkələr insan hüquqlarını və milli iqtisadiyyatlarının imkanlarını
qiymətləndirərək, onların ölkələrinin vətəndaşları olmayan şəxslərə hazırkı
Paktda nəzərdə tutulan iqtisadi hüquqları hansı dərəcədə təmin edəcəklərini müəyyənləşdirə
bilər.
1.2.2 Əlavə – 2
MİLLƏT VƏ MİLLİ MÜQƏDDƏRAT MƏFHUMU
Millət və milli müqəddəratı təyin
etmə məfhumunu bəlirtmək ücün Birləşmiş Millətlər Təşkilatının müxtəlif
komisionları və bəlgələri əsasındakı tərifləri bir qayda olaraq qəbul etmək gərəkir.
Kembric Universitəsinin ustadı Prof.Dr. Tom Haddəji tərəfindən hazırlanmış bu
raporun xülasəsi aşağıda təqdim edilir.
Birləşmiş Millətlər özəl
raportorlarının öz müqəddəratını təyin etmə haqqı:
Birləşmiş Millətlərin bəlgələri
təməlində tarixi və çağdaş gəlişmələr (Critescu raportu) [BM bəlgələri Ə/CN.
4/Sub. 2/404/rev. 1(new
York, 1981)] və dilsəl, dinsəl və etnik
azınlıqlara mənsub insanların haqları(Capototorti raportu)[BM bəlgələri Ə/CN.
4/Sub. 2/384/rev. 1(Nəw York, 1979)] üzərinə raportları bu iki qavrayış
arasındakı ilişkilərə dair kimi ip ucu
verməkdədir. Bu raportlar, öz müqəddəratını təyin haqqına sahib bir xalq olaraq
tanınma iddiasında olan hər hansı bir kütlənin qarşılaması gərəkən qapsamlı
ölçü önəriləri ( Millət məfhumu):
özünəməxsus bir dil, din və ya
kültür sahibi olmaq,
özəl bir tarix və keçmişə sahib
olmaq,
Özünə xas kimliyini qoruma və
bağımsızlığını güvəncə altına alma
qabiliyyətinə sahib olma,
Özünəməxsus bir torpaq və ərazi
bütünlüyünə sahib olmaq.
Praktikdə öz müqəddəratını təyin etmə
metodu:
Bütün xalqlar öz müqəddəratını
təyin haqqına sahibdir. Onlar, bu haqdan dolayı politik statuslarını azad şəkildə
müəyyən edib, ekonomik, ictimai, və kültürəl gəlişmələrini sərbəstcə sürdürərlər.
Bu haqqın ölçüsü, bir torpaq müstəqillik statusunu əldə edəndən sonra aşağıdakı
seçənəklərdən birinin tərcih edilə biləcəyini ifadə edən, "BM gənəl Qurulu”nun
1960 tarixli 1541 Saylı qərarı ilə də aydınlaşmışdır:
bir əgəmən bağımsız dövlət
olaraq ortaya çıxma,
bağımsız bir dövlət olaraq
azad şəkildə başqa bir dövlətlə ortaq olmaq (federal - konfederal)
bağımsız bir dövlətlə bütünləşərək
bütöv bir ölkə yaratmaq.
Hər nə qədər bu qərar BM
yasasının 73. maddəsi gərəyincə istənən raporlara mövzu olan öz yönətimi
olmayan vəsait altındakı torpaqlara özəl bir ətflə alındıysa da, eyni status tərcihinin
öz müqəddəratını təyin haqqını istifadə edən bütün xalqlara açıq olmasından çəkinməyə
heç bir səbəb mövcud deyildir.
|