Hüseyn GÜNƏŞLİ DAK Gənclər Təşkilatının sədr müavini
Osmanlı… Türklərin yaratmış olduğu bu siyasi varlıq və İslam dünyasının ən güclü təmsilçisi, 500 ilə yaxın bir müddətdə bütün Avropanı lərzəyə gətirdikdən sonra artıq XIX əsrin sonlarına doğru öz tənəzzül dövrünü yaşayırdı. Xarici qüvvələrin də təsiri ilə tez-tez üsyanlar təşkil olunur və cevirilişə cəhd edilirdi. Sultan Əbdüləzizin şəhid edilməsindən sonra hakimiyyətə V Murad gəldi, lakin onun hakimiyyəti cəmi 103 gün davam etdi. Bundan sonra hakimiyyətə Məclisi-Məbusani (Milli Məclis) cağıracağını bəyan edən sultan II Əbdülhəmid gəldi. Osmanlı sultanlarını otuz dördüncüsü və İslam xəlifələrinin doxsan doqquzuncusu olan II Əbdülhəmid 1842-ci ildə anadan olmuşdur. Əsasən dini elmlər üzrə təhsil alan sultan fransız dilini də mükəmməl şəkildə öyrənmişdir. 1876-cı ildə hakimiyyətə gələn zaman onun ən böyük istəyi xalqının öz inanclarından və adətlərindən uzaqlaşmadan inkişafina nail olmaq idi. Söz verdiyi kimi ilk iş olaraq Məclisi-Məbusanın çağırılmasına icazə verdi. Lakin Midhat paşanın rəhbərlik etdiyi bu məclis ilk qərar olaraq çar Rusiyasına savaş elan etdi. Tarixə 93 hərbi adı ilə daxil olan bu savaş Osmanlı imperiyasını tamamilə məhv etmək məqsədi ilə təşkil olunmuşdur. Lakin sultanın uğurlu manevri nəticəsində bunun qarşısı alındı. Belə ki, sultan Osmanlıya bağlı olmaq şərti ilə Kıbrısın idarə olunmasını İngilislərə güzəştə getməklə ingilislərin müharibəyə müdaxilə etməsinə nail oldu və rus ordusu İstanbul yaxınlarında durduruldu. Bundan sonra sultan ilk iş olaraq Məclisi-Məbusanın fəaliyyətinə qadağa qoydu, savaşa səbəb olanları cəzalandırdı. Bununla da Osmanlıda həqiqi mənada II Əbdülhəmid dönəmi başlanmış oldu. KİLSƏLƏR MƏSƏLƏSİ Uzun bir müddət Osmanlı tərkibində firavan yaşayan Balkan xalqları XIX əsrin sonlarına doğru xarici qüvvələrin də təsiri ilə Osmanlı dövlətinin birliyinə, bütövlüyünə qarşı ayaqlanmış, öncə muxtariyyət, daha sonra müstəqillik ideyalarını irəli sürmüşlərdir. Balkan xalqlarının ayrı-ayrılıqda Osmanlıya qalib gələ bilməyəcəklərini gec-tez başa düsəcəyini yaxşı bilən Sultan II Əbdülhəmid onların birləşməsinin qarşısını almaq məqsədi ilə tarixə "kilsələr məsələsi” adı ilə daxil olan icraatını həyata keçirmişdir. Nədir bu kilsələr məsələsi? Balkan yarımadasında cərəyan edən bölücülük hərəkatları mərkəzi İstanbulda olan Fənər Rum Patriarxlığı tərəfindən idarə olunmaqdadır. Bu kilsə bütün Balkan xalqlarının dini mərkəzi və onları idarə edən bir qurumdur. Sultan II Əbdülhəmid yaxşı başa düşürdü ki, Balkan xalqlarının Osmanlı dövlətinə qarşı birləşməsinin qarşısını yalnız bu kilsəni parçalamaq yolu ilə almaq olar. Sultan gizli bir əmr verir. Bu əmr çox qısa bir vaxt ərzində və çox ciddi gizliliklə yerinə yetirilməli idi. Sultanın əmri qısa bir vaxt ərzində yerinə yetirildi. Almaniyada ayrı-ayrı hissələr halında hazırlanan yeni kilsə binası bir gecə ərzində Fənər Rum kilsəsinin tam qarşısında Bolqar kilsəsi adı ilə inşa edildi. Həmin günün səhəri artıq Bolqarlar öz kilsələrində ibadət etməyə başladı. Beləliklə, Balkanların Osmanlıya qarşı birləşməsinin qarşısı alınmış və Osmanlını ağır vəziyyətə salan Balkan Savaşlarının tarixi uzun bir müddətə təxirə salınmışdır. Sultan devrildikdən sonra Selanik şəhərinə sürgün edilmişdi, artıq 3 il idi ki, orada yaşayırdı. 1912-ci ilin payızında İstanbuldan gələn yüksək rütbəli zabitlərdən sultanın təcili şəhərdən çıxması gərəkdiyini, şəhərin bir neçə gün ərzində yunanlılar tərəfindən işğal ediləcəyini eşitdiyi an onlardan soruşduğu ilk sual "yoxsa siz kilisələr məsələsini həll etmisiniz?” oldu. Və həqiqətən də kilsələr məsələsi həll olunmuşdur. 120 il ÖNCƏ VƏ BUGÜN Hz.Peyğəmbərimizə qarşı bir sıra Avropa ölkələrində təhqiramiz karikaturaların dərc olunması hadisəsinə bənzər bir hadisə 120 il öncədə baş vermişdir. O zaman bütün islam dünyasının xəlifəsi sayilan II Əbdülhəmidin bunu necə önlədiyi bugün də insanlara nümunədir. Fransız Henri de Bourneir'in yazdığı "Məhəmməd” pyesi dövrümüzdə cərəyan edən hadisələrə oxşar bir vəziyyət yaratmışdır. 1890-cı ilin martında səhnəyə qoyulması planlaşdırılan bu pyes Osmanlının narazılığına səbəb oldu. Parisdəki Osmanlı səfirinin bunu önləmək cəhdləri heç bir nəticə vermədi. Belə bir məqamda sultan II Əbdülhəmid Fransanın Osmanlıdakı səfiri kont Montebellanı saraya dəvət edərək pyesin səhnələnəcəyi təqdirdə iki dövlət arasındakı əlaqələrin kəsiləcəyini qəti olaraq bildirdi. Fransa hökümətinin cavabı gecikmədi. Pyesin Fransada səhnələnməsinə rəsmi qadağa qoyuldu. Henri de Bourneir'in pyesi Amerikada da qadağan olundu. Lakin İngiltərə pyesi qadağan etməmişdi. Artıq biletlər satılmış və hamı pyesin səhnələnəcəyi günü gözləyirdi. Osmanlı dövləti o zaman üçün dövrün ən böyük gücü sayılan Böyük Britaniya krallığına ultimatum verdi. Əgər pyes səhnələnsə, sultan II Əbdülhəmid xəlifəlik titulundan istifadə edərək bütün islam aləminə çatdırılacaq bəyannamə yazacağını bildirdi. Müstəmləkələrində 80 milyona yaxın müsəlman yaşayan İngiltərə təşvişə düşərək pyesi qadağan etmişdir.
SİYONİSTLƏRƏ VERİLƏN CAVAB:
BU TORPAQLAR QANLA ALINMIŞDIR, QANLA VERİLİR Tarix boyu bir çox zülümlərə məruz qalan yəhudi xalqı XVI əsrdən etibarən Osmanlının himayəsi altında firavan yaşamışdır. Bu dövrdə Avropanın bir çox ölkələrində qul elan edilən və təqiblərə məruz qalan yəhudi xalqı sultan II Bəyazidin göndərdiyi gəmilər vasitəsi ilə Osmanlıya daşınmış və burada yaşamalarına izin verilmişdir. Lakin XIX əsrin sonlarına doğru yaranmağa başlayan Siyonist hərəkatı heç bir haqqı olmadan özünü yəhudi xalqının hakimi elan etmiş və Osmanlının ərazilərinə iddia etməyə başlamışdır. Siyonizmin lideri Teodor Herzl 1901-ci ilin 19 mayında Sultan II Əbdülhəmid xanın hüzuruna qəbul edildi. Teodor Herzl Sultana Yəhudilərin Osmanlı ərazisində rahat yaşadıqlarını, amma səpələnmiş şəkildə olduqlarını bildirərək onların bir yerdə yaşaya biləcəyi bir yer istədi. Sultan Yəhudilərin Mesopotamiyada cəm halda yaşadıqlarını və heç bir narazılığın olmadığını bildirdi. Osmanlıdan Xayfa və ətrafındakı bir neçə şəhəri qoparmaq istəyən Teodor Herzl yəhudilərin bu şəhərə köçürülməsini və buranın daimi yəhudi vətəninə çevrilməsini sultandan xahiş etdi. Buna qarşılıq Osmanlının 30 milyon olan xarici borcunun 25 milyonu yəhudilər tərəfindən ödəniləcəyini və Osmanlıya faizsiz borc veriləcəyini bildirdi. Sultanın bu təklifə qarşılıq Herzlə verdiyi cavab: ”Mən bir qarış belə vətən torpağını satmaram, bu torpaq mənə yox, millətimə məxsusdur. Millətim isə bu torpaqları yalnız aldığı qiymətə verər, çünki bu torpaqlar qanla alınmışdır, qanla verilər” olmuşdur. Bu cavabdan sonra Teodor Herzl öncə saraydan, ardınca isə Osmanlı ərazisindən qovulmuşdur.
ASİYA BİRLİYİ
Sultan II Əbdülhəmid Ulduz sarayında keçirilən gizli toplantıların birində Qərbə və Avropaya qarşı Asiya planını təqdim etmişdir. Bu plan çərçivəsində Asiyaya maddi-mənəvi yardım göstərilməli və bu yolla Türk və İslam birliyinə nail olunmalı idi. Bu məqsədlə Uzaq şərqə Türküstana və Ərəb ölkələrinə nümayəndələr göndərilməyə başladı. Çinə göndərilən nümayəndə heyyətinin ilk işlərindən biri Çində bugün də öz varlığını qoruyub saxlayan "Həmidiyyə” universitetinin açılması oldu. Bu universitetdə əsasən İslam dini təbliğ olunurdu. Bundan başqa uyğurların yaşadığı bölgəyə xüsusi heyyət, Yaponiyaya isə "Ertoğrul” gəmisi ilə nümayəndə heyyəti göndərilmişdi. Bu heyyət qısa vaxt ərzində böyük işlər görmüş və xalqın rəğbətini qazanmışdır. Heyyətin cümə günləri qıldıqları namaz marağa səbəb olmuş və bu hadisə haqqında Yaponiya imperatoru Meiji Sultan II Əbdülhəmidə məktub yazmış, İslam dini haqqında geniş məlumat göndərməyi xahiş etmişdir. Bu məktub bugün də arxivlərdə saxlanılır. Yaponiyanın İslama meyl etməsi Avropa hakim dairələrində böyük həyəcan yaratdı. Bu özünü ingilis ajanların yazışmalarında da biruzə verir. Bunun qarşısı alınmalı idi. Rus-Yapon müharıbəsi ilə Yaponiyada vəziyyət gərginləşdi. Osmanlı ilə Yaponiya arasında əlaqələri təmin edən "Ertoğrul” gəmisi şübhəli bir şəkildə batırıldı. Və beləliklə, Yaponiyada İslamın qarşısı alındı. Oktan Keleş bir yazısında soruşur: "Görəsən, ABŞ-ın məğlub olmuş Yaponiyanın Xeroşima və Naqasaki şəhərlərinə atom bombası atmağına ingilis ajanlarının yazışmalarının təsiri nə qədərdir?
QIRMIZI KİTAB
Sultanın qurmuş olduğu Ulduz təşkilatı hamı tərəfindən bilinməkdədir. Bu təşkilat dövrünün ən güclü istihbarat təşkilatlarından biri idi. Bu təşkilatın fəaliyyəti haqqında olan məlumatlar üzərində ay və ulduz olan, qırmızı ipək parçaya bükülü şəkildə saxlanılırdı və Sultana bu şəkildə təqdim olunurdu. Bu kitablar haqqında bugün də geniş məlumat yoxdur. Amma bir sıra maraqlı sualların cavabının məhz o kitablarda olduğu məlumdur. Belə ki, Sultan II Əbdülhəmid Türk və İslam birliyi qurmaq və bu yolla Avropa ilə mübarizə aparmağı planlaşdırdığını az öncə qeyd etdik. Bunu Ulduz təşkilatı vasitəsi ilə həyata keçirildiyini və bu təşkilatın sənədləri sayılan Qırmızı kitabda da qeyd edildiyini dedik. Belə bir sual yaranır: Bəs görəsən, Orta Asiyada Türk xalqlarını Rusiyaya qarşı birləşdirənlər, marifləndirənlər və daha sonra Türküstan adı ilə Türk-İslam birliyi qurmağa çalışan Ənvər paşa, Misirdə xalça satan Mustafa Kamal paşa (tacir kimi Misirə daxil olan Musatafa Kamal orada müsəlmanları İngiltərəyə qarşı mübarizəyə qaldırırdı),Trablusgarpda İtalyanlara qarşı gerilla savaşlarını yönətən Quşçubaşı Əşrəf bəy Ulduz təşkilatının fədailəri deyilmi???
Kateqoriya: Tarix |
Baxılanlar: 205 |
Əlavə edən: admin
| Reytinq: 3.5/2 |
Deyerli Hüseyin Qardaşım Maraqlı və lazımlı yazına görə, Sənə Dərin təşəkkür edrəm Ümüd Edrəmki Bu Lazımlı Sahədə Çoxlu Yeniliklərin Olacaq Çünkü Sən Nu yeniliki BAcararsan. Birdaha Ugurlar
P.S Çox Hörmətli Elnur Beye Xususi Təşəkkür edrəm, Bir Birindən Maraqlı və Dəyərli Fikirlərə yer Ayrdığna görə
Avropa və avropa mədəniyyətinə qarşı bir düşmənçilik formalaşdırılır. Amma nədənsə bütün müsəlman ölkələrinin vətəndaşları qanuni və ya qanunsuz yollarla avropaya getmək və orada insan kimi yaşamaq istəyirlər. Sizcə səbəb nədir? sabəb məncə cox sadədir. İnsan kimi yaşamaq! Bəli insan kimi yaşamaq. Çünki orada insane hğyatı dəyərlidir. Oğurluq edənin əlləri kəsilmir, zina edən kişi axtalanmır, kadın isə daş-qalaq edilmir, qız uşaqları 6 yaşind ərə verilmir, kadınların kişilərdən bir pillə aşagı olmaları deyilmir, kişilərin kadınları döyə bilməsi və s. bunlar müsəlmanın müqəddəs kitabında olduğu üçün bunlardan kənara çıxa bilmir bu insanlar. Dərk etmirlər ki, bu həmin dövrün ərəbləri üçün yazılan bir qanun olub. 21-ci əsirdə bunları edənə vəhşi deyilır. Tarix yazmaq çətindir. Kimisə xalça satmaqda ittiham etmək asan məsələdir, amma onun yaratdığı Cümhuriyyəti, həyata keçirdiyi ilkə və inkilablarını başa düşmək və qiymətləndirmək asan deyil. Əbdülhəmid Türk millətinə heç nə vermədi, zülm, cəhalət və istibdaddan başqa. Xalça satmaqda ittiham etdiyin Mustafa Kamal isə Millətinə Cümhuriyyət verdi, tarixini verdi, dilini verdi, milli kimliyini verdi, soy adını verdi, mədəni xalqlar kimi geyinməyi öyrətdi, özünə hörmət aşıladı, elm verdi, mədəniyyət verdi, ədəbiyyat verdi, incəsənat verdi, texniki yeniliklər verdi. Məktəblər, Universitetlər, xəstəxanalar verdi. Dünyanın sayılıb seçilən bir dövlətini veri, ordusunu verdi. Bəs Əbdülhəmid nə verdi? Rumlara kilsə verdi sadəcə. Atatürk Türkə inandığı dinin nə mənaya gəldiyini başa salıdı, içində nə olduğunu hətda sizin təəriflədiyinin Əbdülhəmidin belə bilmədiyi quranı Türk dilinə tırcümə etdirdi. Tərcümə etdirdi ki, oxuyanda orda nə yazıldığını anlasın və quran oxuyanda ağlamasınlar daha.
Bu barədə çox yazmaq olar. Amma bunların hamısı tarixi gerçəkliklərdir və tarixi öyrənmək istəyənlər bunları oxumalıdırlar. Belə yazılarda olmalıdır arada bir. Olmalıdır ki, insanlar müqayisə etsinlər.
Müəllifin sənətinin nə olduğunu bilmirəm amma deyəsən tarixçi deyil.
Tarixdən və tarixi məqamlardan yazmaq üçün ən azından həmin dövrün tarixini əks etdirən 3-4 ayrı- ayrı müəlliflərin əsərini oxumaq gərəkir. Yazıdan hiss olunur ki, heç bir tarixi mənbə və faktlara əsaslanmayan sadəcə bir yazıdır.
Həmin dövr barədə az çox məlumat əldə etmək istəyirsinizsə Baran Duralın "Atatürkün liderlik sırları", "Sarı kamışa giden yol" Özhan Eren, "İstanbul hükumetleri ve milli mücadele" Sinan Akşin ve s. kitabları oxuyun.
Bir çox Avropa tarixçisi öz əsərlərində qeyd edirlər ki, Osmanlı imperiyasında hüququ və azadlıqları olmayan yeganə millət Türklər idi. Bütün bunlara rağmən bu gün Əbdülhəmidi dahi birisi kimi cəmiyyətə təqdim etməyin mənası nədir? məqsəd nədir? Həmin dövrdə istər Anadoluda istərsədə Rumelində erməni və rum dəstələrinin Türk kənd və rayonlarını tutaraq insanları kazığa oturtduğu bir zamanda Əbdülhəmidin gizli təşkilatı nə ilə məşğul idi? nəyə görə bu dəstələrə qarşı hansısa bir tıdbir görmürdü? ona görə ki, bu təşkilat heç də dunyanın ən yaxşı istihbarat orqanı deyildi sadəcə İstanbul və Selanikdə və bir sira böyük şəhərlərdə fəaliyyət göstərən polis təşkilatı idi. Bu təşkilatın bir məqsədi və vəzifəsi var idi özünə Türk deyən Turk aydın və ziyalılarını təqib edib cəzalandırmaqla məşğul idi. Ölkənin Paytaxtinda oturub Balkan xalqlarını idarə edən və onları üsyana vadar edən Fənər Rum Patriqinə qarşı Əbdülhəmidin bu istihbarat örgütü niyə bir tədbir görmürdü. Yoxsa bunu görmürdülər? Əgər görmürdülərsə niyə Əbdülhəmid ikinci bir Rum kilsəsi qurdururdu. Rum kilsəsinin qurulması problemi həll etdimi? yoxsa prosesi sürətləndirdimi? Tarixçisiniz siz əziz qardaşım. Bu məqamlara toxunun. Osmanlının parçalanmasında həmişə xarici qüvvələrin əlinin olduğu iddia edilir. Bununla qismən razıyam. Amma bir tək səbəb bu idimi? Cəhalətin, savadsızlığın, texniki cəhətdən geri qalmışlığın, insanların hələdə şeyxlərdən, şıxlardan, pirlərdən, yatırlardan mədət umduğu bir məmləkət idi Osmanlı imperiyası. Bəli 500 il üç qitədə hökümranlıq edən Türk əsgəri Tunisdə, Trablusqarpda, Misirdə tanklarla hücum edən ingilislərin qarşısından qaçırdılar. Bu texnikaların seytan aləti olduğunu düşünürdülər. Səbəb savadsızlıq, texniki gerilik idi. Nədən bu vəziyyətə düşmüşdü bu imperiya və onun qolu zorlu Türk igidləri? ona görə ki, mədrəsələrdə anlamadığı dildə yalnızca quran əzbərləyirdi bu insanlar. Hər şeyin allahın əlində olduğuna və sultanın və ya xəlifənin hər şeyə qadir olmasına inanirdilar. Hələ də dünyanın öküzün buynuzunun üstündə durduğuna inanırdılar, daha doğrusu buna məcbur edilirdilər. Bütün dünya insanlığın inkişafının yeganə yolunun elm olduğunu qəbul etdiyi bir zamanda Osmanlı sultanları bunu qəbul etmir və hər şeyin quranda olduğuna inanir və inandırırdı. Bunu nəticəsidir ki, bu gündə, 21-ci əsrdə də bir çox müsəlmanlar bütün elimlərin, fizika, kimya, bialogiya, riayziyat və s. quranda olduğunu iddia edirlər. 21-ci əsirdə milçəyin idrak sahibi olduğuna, eşşəyin uçmağına inanırlar. Milçəyin bir qanadında zəhər o birində məlhəm olduğuna inanırlar. 21-ci əsirda olsaq da heç bir şey dəyişməyib. Heç vaxtda dəyişməyəcək. Ona görə ki, belə bir vəziyyət, bizi idarə edən Əbdülhəımid kimi başçılara sərf edir. Bizim cəhalət və savadsızlığımız üzərində onlar öz səltənətlərini qururlar. Bu gün də islam fundamentalizmi və islam cəhaləti altında inləyən dövlətlərdə insanlar ərəblərin allahının zülmünü çəkməkdədirlər. Bu zülümdən qurtulmağın bir yolu var o da din deyilən bu xəstəlikdən müalicə olunmaqdır. Orta əsirlərdə avropada kilsələrin insanlara, xüsusilə elm insanlarina hansı zülümləri etdiyi hamıya məlumdur. Amma Avropa bu zülümdən qurtardı özünü. Bu gün də avropada kilsələr var və insanlar yenə də ibadətlərini edirlər. Lakin bunu yaşam tərzinə çevirmir və İsanın dövründəki qayda və qanunları həyatlarına soxmurlar. İsanın gətirdiklərinin dəyişilməz olduğunu iddia etmirlər. Dünyanın bütün sirlərinə agah olmağa çalışır və elmi yeniliklərini etməyə dava edirlər. Müsəlmanlar isə hər yeni kəşfdən sonra "elə bu bizim quranda var daa" deməklə onların bu yeniliklərindən faydalanır və içlərində onlara qarşı bir kin, nifrət bəsləyirlər. Əgər sizin quranda var idisə niyə siz bunu kəşf etmədiniz? Yoxsa sizin allahınız sizin gözlərinizi bağlayıb? Gözlərinizi və qəlblərinizi bağlayıb ki, onun sirlərinə agah olmayasınız hə? İnsan heç nəyə qadir deyil hə? Hər şey onun əlindədirmi??
Əbdülhəmid Çində olan Türklərə islamı öyrədəcək universitet yox, dünyəvi elmləri öyrədən məktəblər göndərməli, onlara milli kimliklərini, tarixlərin verməli idi. Təəsüf ki, din verdi. Bunun nəticəsidir ki, bu gün həmin insanlar çin zülmünün altında inləyirlər. Yazının sonunda müəllif, kinayəli və təhqiramiz bir üslubda qeyd edir ki, Misirdə xalça satan Mustafa Kamal paşa və digərlərı Əbdülhəmidin təşkilatının fədailəri idimi. Əvvələ qeyd edim ki, Mustafa Kamal həmin vaxt paşa deyildi. İkincisi, Mustafa Kamal öz siyasi baxış və siyasi fikirlərinə görə cəzalandırılmaq məqsədi ilə Ənvər paşa və Əbdülhəmid tərəfindən Mərkəzdən uzaqlaşdırılmaq məqsədi ilə sürgünə göndərilmişdi Misirə. Həmin dövrdə Sultan və hökuməti tənqid etdiyi üçün Misirə göndərilən Mustafa Kamal yerli ərəb tayfa başçılarını birləşdirmək və ingilislərə qarşı birgə mübarizə aparmaq üçün bir sira vasitələrə əl atmış, hətda şeyx cildinə də girmişdi. Yazıda Ənvaər paşa Türk birliyi qurmaq istəyən, Quşçu Əşrəf bəy hansısa gerilla savaşı verən şəxs kimi Türk xalqinin böyük oğlu Mustafa Kamal isə xalça satan kimi təqdim olunur. Bunun sadəcə və sadəcə Atatürk düşmənliyi olduğuna inanıram mən. Yazida məqsəd tarixə tövhə vermək yox, kimisə təərif edib kimisə də alçaltmaqdır. Tarix hər kəsin qiymətini verir. Bu gün Mustafa Kamalın qurduğu dövlət yaşayır və yaşayacaqdır. Mustafa Kamal xəyalpərəst fikirlərlə insanları ölümə göndərmədi, Millətinə milli kimliyini verdi, azadlığını verdi, müstəqilliyini verdi. Bu gün və dünən onu ittiham edənlər isə heç vaxt tarixin yaddaşında qalmayıb və qalmayacaqlar. Atatürk millətinə soyadını verdi, geyim -keçimini düzəltdi. Bütün avropanın gülüş hədəfi olan Türk millətini ayağa qaldırdı və gülüş hədəfi olan “Fəs”dən bu milləti xilas etdi. Belə getsə Vahdədini də qəhraman edəcək və Mustafa Kamalı məqsədli şəkildə Samsuna göndərdiyini deyəcəksiniz. Belə tarix və tarixçilik olmaz. Mən bu düşmənçiliyin səbəbini bilirəm, bilirəm nəyə görə Atatürkə belə münasibət var bəzi insanıarda. Dini reformları ilə bağlı olaraq bir sıra yobaz və daima dindən istismar aləti kimi istifadə edən mənliksiz və heysiyatsız kimsələr Atatürkü gözdən salmaq üçün bu vasitədən istifadə edir. Amma anlamırlar ki, Atatürk nə etmişsə milləti üçün etmişdir, bunun üçün də kimin nə deməsindən və nə yazmasından asılı olmayaraq o xalqının qəlbində daima yaşayacaqdır. Yazıda tarix adına heç bir fakt görə bilmədim. Belə tarix və tarixçilik ola bilməz. Tarixi faktları araşdıran bir kimsə hər şeyə obyektiv yanaşmalı, faktlara və hadisələrə münasibət bildirərkən tənqidi münasibətdə bildirməlidir. Yazıda sadəcə Əbdülhəmid və onun icraatları təərif olunmuşdur. Bütün avropanın dünyavi məktəblərlə çevrələndiyi bir zamanda hətda Osmanlı təəbəliyində olan ərazilərdə xristian uşaqlarının dünyavi məktəblərə Türk uşaqların isə dini tədris edən mədrəsələrə gedərək mənasənə anlamadıqları quranı əzbərlətdirilmələrinə nədənsə müəllif toxunmur. Osmanlının və xilafətin yıxılmasının səbəblərinə toxunmaq istəmir müəllif. Nəyə görə xristian uşaqlarının dünyavi məktəblərə Türk uşaqların isə mədrəsələrə getdiyinə cavab vermək cətin deyil, hormətli müəllif. Əgər həqiqi tarixçiyiksə və insanımızı aydınlatmaq istəyiriksə düşdüyü bəlaların səbəblərini onlara düzgün çatdırmalıyıq. Bu günə kimi tarixini, keçmişini, adət-ənənələrini, milli kimliyini unutdurmağa çalışıblar bu millətin. Bu məqsədlə də sapı özümüzdən olan baltalardan istifadə olunub, gəlin bu baltalara sap olmayaq. Bizi cəhalətə və fəlakətə sürükləyən insanları qəhraman kimi təqdim etmək, həqiqi qəhramanlarımızı isə belə təhqiramiz ifadələrlə alçaltmaq heç birimizə heç nə verməyəcəkdir.
Salam. Yazını oxudum, (yazı deyirəm çünki buna sadəcə yazı demək mümkündür) ona gorə ki, başlığında tövsiyyə olunurdu ki, her kes bu deyerli araşdırmanı oxumalıdır və bildiklərimiz bilmədiklərimizdən çoxdur. Bunları nəzrə alıb oxudum. Amma Burada hansısa bir araşdırma və ya bu "araşdırmanın" sonunda hansısa bir nəticəni görmədim. Yazı başdan sona kimi sultan Əbdülhəmidə heyranlıq ifadə edir və onun icraatları təərif olunur. Osmanlı İmperiyası bir çox nailiyyətlər əldə etsə də Turk millətinə heç bir şey vermədi. Əgər həqiqətən də araşdırma etmək estəyirsinizsə Kanuni Sultan Süleymandan sonrakı Osmanlı tarixinə nəzər salın. Türk imperiyası adlanan bu imperiyada Türklər ən sonuncu millət belə deyildilər. Bu millətin addını belə çəkmək yasaq idi. Bu vəziyyət Əbdülhəmid dönəmində daha iyrənc vəziyyətdə özünü göstərmişdir. Müəllifin dövrün ən yaxşı istihbarat təşkilatı adını verdiyi bu təşkilatın əsas vəzifəsi Türk ziyalı və aydınlarını təqib etmək və Türk millətini ümmətçilik deyilən bəladan qurtulmağa səsləyən insanları cəzalandırmaqla məşöul idi. Qeyd edilir ki, Əbdulhəmid "ən böyük istəyi xalqının öz inanclarından və adətlərindən uzaqlaşmadan inkişafina nail olmaq idi" Xalqının inkişafını istəyən bir sultan bir günün içində 2000-də çox mədrəsənin açılması barədə fərman verməzdi. Hakimiyyətə gələn zaman verdiyi sözlərdən biri də dünyavi məktəb və Universitetlərin açılmasını təmin etməkdi. Lakin Yerini möhkəmlətdikdən sonra bunların əksini etdi. Həmin dövrdə Osmanlı təəbəsi olan bütün xalqlar milli kimliklərini qazanmışdılar yalnız Türklərdən başqa. Türk millətinin soy adının olmadığı kimi heç özlərinə məxsus geyim formaları belə yox idi. Əbdülhəmid siyasi dahi kimi təqdim edilərək kilsələr qanununu misal göstərirlər. Burada heç bir siyasi dahilikdən söbət gedə bilməz. Sadəcə dərk edilməli idi ki, milli kimliyinə qovuşmuş milətlərə kilsə tikməklə onların azadlıq hərəkatlarını bir neşə il yubatmaq olar sadəcə. Belə də oldu, Rumelində başlayan hərəkata bir sıra Avropa ölkələri ilə yanaşı Rusya İmperiyası da geniş şəkildə dəstk verirdi. Bu xalqlara bu ölkələr silahdan əvvəl milli kimliklərini verdilər. Milli kimliyi ilə silahlanmış bir millətin azadlıq hərəkatının qarşısında heç bir imperiya dura bilməz. Daha sonra müəllif yazır ki, Əbdülhəmid Türk və islam birliyi qurmaq istəyirdi və bunun üçün də Orta asyaya nümayəndələr göndərirdi, xüsusilə Çinə və orada bu gündə fəaliyyötini davam etdirən Həmidiyyə universiteti açdırır. Yenə də qeyd edirəm ki, Osmanli sultanları heç vaxt Türk Milləti və Türk birliyi barədə heç bir addım belə atmayıblar. Sadəcə 1900-cü illərin əvvəllərində Ziya Göyalpdan ilham alan Ənvər paşa və İttihat və Tərəqqi öndərləri nə isə etmək istədi. Amma Osmanlının düşdüyü vəziyyəti nəzərə almayan, siyasi və hərbi vəziyyəti, ordunun vəziyyətini analiz edə bilməyən, sabah üçün heç bir fikirləri olmayan bu paşalar 90 min Türk əsgərinin Sarı Kamlşda soyuqdan donaraq ölmasinə və ruslara əsir düşmələrinə səbəb oldu. Ana vətənin düşdüyü vəziyyəti görməyən, əlində olanları saxlamağa çalışmaq əvəzinə yeni torpaqlar işğal etmək arzusu ilə 90 min insanı qırğına göndərdi.
Şərhi ancaq qeydiyyatdan keçmiş uzerlər verə bilər. [ Qeydiyyat | Giriş ]